Artıq məlumdur ki, gələn mövsümdən Formula 1 bolidlərində Halo adlandırılmış müdafiə sisteminin quraşdırılması məcburidir. Bu sistemin tətbiqi pilot və azarkeşləri iki cəbhəyə bölmüşdür. Bir tərəfin sistemin müdafiəsinə qalxdığına baxmayaraq, digər tərəf onun estetik cəhətdən bolidlərin zahiri görkəmini korlayacağını bildiriи. Bəs nə etməli?

F-1.az saytının bildirdiyinə görə, vaxtilə bu sistemin əlehdarlarından biri də Sebastyan Fettel olub. “Sözün açığı, Qalxan sisteminin fanatı deyiləm, çünki bu sistem görünüşə mənfi təsir edir, alman pilot bildirib. - Deyəsən, Halo-nu sonuncu dəfə keçən il Əbu Dabidə test etmişdik. İndi də test etməliyik. Amma bu sistem görüntünü pisləşdirmir. Qalxanla əsas fərqi budur. Başımıza pis hadisə gəlsə, halo bizə kömək etməlidir. İnsanlar bunu bolidə yaraşdırmırlar, amma illər keçir və biz inkişaf edirik. Bunu niyə istifadə etdiyimizi açıqlamalıyıq. Bir neçə il əvvəl Castin Uilsonun yaşadığı qəzalar üçün həll yolu tapmalıyıq. Əgər ona bu sistemi təklif etsəydik, rədd etməzdi. Amma həyat budur və geriyə dönüş yoxdur. Bəzi yenilikləri gözardı etmək axmaqlıq olar”.

Bu dəfə də maraqlı təkliflə Sean Bull Design çıxış edib. Dizayner Halo sistemini bolidlərin rəng sxeminə aşağıdakı şəkildə uyğunlaşdırmağı təklif edir. Təklif edilən rəng sxemi demək olar ki, bolidlərin estetik görünüşünü bir qədər bərpa etmiş olur.

Lakin, istənilən halda, bolidlər xalq arasında "vyetnamka" adı ilə tanınan çimərlik şap-şuplarını xatırladacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt