Bazar günü Malaziyanın Sepanq avtodromunda keçirilən sonuncu yarışın qalibi Red Bull Racing komandasının gənc pilotu Maks Ferstappen olub. Bu gənc pilotun karyerasında əldə etdiyi ikinci qələbədir.

Start düzülüşünü formalaşdıran dövrə zamanı Kimi Rəykkonen motor problemi yaşayıb. İtalyan komandası fin pilotun avtomobilini qaraja qaytarmağa məcbur olub. Beləliklə, növbəti dəfə Scuderia Ferrari uğursuzluqla qarşılaşıb. Əsas rəqiblərinin problem yaşaması Lyuis Həmilton və Red Bull pilotları üçün ən əla hədiyyə olub. Kimi Rəykkonen yoxluğu və Sebastyan Fettelin son yerdən start alması, ən çox Red Bull pilotlarının işinə yarayıb. 

Lyuis Həmilton startda liderliyini qorusa da, dörd dövrədən sonra Maks Ferstappen tərəfindən liderlikdən edilib. Britaliyalı onu keçən gənc hollandiyalıya müqavimət göstərmək istəsə də, bunu bacarmayıb. Keçildikdən sonra isə, alınan mövqeyini geri qaytarmaq üçün cuzi cəhd edib. Maks isə, sürətlə Lyuisdən uzaqlaşmağa başlayıb. Ferstappen yarışın ortasına yaxın etdiyi pit-stopdan öncə Həmiltonla olan fərqi səkkiz saniyəyə çatdırıb. Pit-stopdan sonra da Soft təkərlərinə keçən iki pilot arasında vəziyyət dəyişməyib.

Bottas da startda Rikkardonu keçməyə müvəffəq olub, lakin, sonradan Dalielin hücumlarına məruz qalan Valtteri də uzun müddət davam gətirməyib. Dördüncü dövrədə avstraliyalı fin pilotun müqavimətini qıra bilib. Bundan sonra o demək olar ki, təklikdə yarışıb. Son 10 dövrədə isə, Rikkardonun mövqeyi təhlükədə olub, özü də son sıradan start alan Fettel tərəfindən!

Sebastyan Fettel ilk dövrədən sonra 13-cü olub. Onuncu dövrədə alman pilot 10-cu, 20-ci dövrədə isə 5-ci yerə yüksəlib. Erkən pit-stop sayəsində Sebastyan Bottası qabalamağa müvəffəq olub. Supersoft təkərləri sayəsində alman pilot sürətli dövrələrə imza atmağa başlayıb və 2004-cü ildə Xuan-Pablo Montoyanın Sepanq trekində qeydə aldığı rekordu yeniləyib. Son 10 dövrədə Rikkardonu haqlayan Fettel yalnız yarışın bitməsinə yeddi dövrə qalmış avstraliyaya hücum edib. Lakin, cəhdi alınmayan Sebastyan şinlərin effektivliyini itirməsi ucbatından geridə qalıb.

Lakin Ferrari komandasının sərgüzəştləri bununla bitməyib. Yarışın bitməsindən sonrakı şərəf dövrəsində Sebastyanın bolidi Lens Stroll tərəfindən zərbə alıb. Ferrari bolidinin arxa asqısı qırıldığıdan Fetteli qaraja kimi Paskal Verlyayn aparıb. Valtteri Bottas beşinci, Serxio Peres isə altıncı olaraq damalı bayrağı görüb. Stoffel Vandorn yarışı yeddinci olaraq bitirib. Lens Stroll və Felipe Massa səkkizinci və doqquzuncu olaraq yarışı biritiblər. İlk onluğu Esteban Okon tamamlayıb.

Görünən odur ki, italyan komandası Monzada alman rəqibindən aldığı zərbədən sonra hələ də özünə gələ bilmir. Sinqapurda və Malaziyada rəqiblərindən güclü olduqlarına baxmayaraq, hər iki yarışda onlar qələbəni öz əlləri ilə rəqiblərinə hədiyyə ediblər. Çox güman ki, gələn həftə italyan komandasının rəhbərliyini Sercio Markionne ilə heç də xoş sözlər söylənilməyəcək görüş gösləyir. 

Mercedes və Lyuis Həmilton isə, onlar rəqiblərinin hələ də nokautda olmasının kefini çəkirlər. Alman komandasını Konstruktorlar kubokundan məhrum edəcək bir maneə artıq qalmayıb. Həmilton da narahat olmaya bilər - çünki belə davam edərsə, çempionatın son beş mərhələsi onun üçün həqiqətən də yüngül gəzintiyə çevriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt