Mixael Şumaxer müalicəsini Amerika Birləşmiş Ştatlarında davam etdirə bilər. Bu barədə alman Bravo dərgisi məlumat yayıb.

Bu ilin dekabrında yeddiqat dünya çempionunun Meribel dağ-xizək kurortundakı qəzasından dörd il ötür. 2013-cü ilin avqustunda idmançı, bir neçə aylıq komadan və Lozannanın reabilitasiya mərkəzində keçirdiyi vaxtdan sonra evinə qayıtmışdı. O gündən əfsanəvi pilotun sağlamlıq durumu barədə heç bir məlumat yoxdur.

Üç il müddətində Şumaxerin ailəsi onun müalicəsinə 16 milyon avro xərcləyib. Lakin, şaiyələrə inansaq, Mixaelin vəziyyəti dəyişilməz qalır. Bravo dərgisinin bildirdiyinə görə, Mixaelin həyat yoldaşı Korinna amerikalı həkimlərə müraciət edib və Mixaeli Dallasdakı kəllə-beyin zədəsi almış şəxsləri müalicə edən klinikaya köçürə bilərlər.

“Bizim zədə almış xəstələrlər ilə çalışmaq üzrə böyük təcrübəmiz var, - F1i klinikanın rəhbəri Maks Biksdən sitat gətirib. – Avropada, bizim həkimlərin üzləşdiyi qədər, belə növ hadisələrlə məşğul olan heç bir klinika yoxdur”.

ABŞ-da Şumaxerlərin rançosu olduğuna görə, bu köçürülmə o qədər də çətin olmayacaq.