2017-ci Formula 1 mövsümünün son yarışında poul-mövqeyini Mercedes komandasının fin pilotu Valtteri Bottas öz aktivinə yazıb.

Dünən və bu gün keçirilən sərbəst yürüşlərin nəticələri Mercedes pilotlarının Əbu-Dabidə vəziyyətə hakim olacağından xəbər verirdi. Sıralama sessiyasının ilk seqmentində protokola başçılğı Valtteri Bottas edib. Valtteri dövrəni 1.37, 356 zamanla başa vurub. Onun ardınca 1 dəqiqə 38 saniyənin altında vaxt göstərən pilotlar Həmilton, Rəykkonen və Fettel olub. İlk seqmentdə sıralamanı tərk edən pilotlar Romen Qrojan, Pyer Qasli, Paskal Verlyayn, Markus Erikson və Brendon Hartli olub. İkinci seqmentdə də Mercedes pilotları 1 dəqiqə 37 saniyənin altında zamana imza ataraq güclü olduqlarını bir daha təsdiq ediblər. Bu dəfə protokola başçılığı dövrəni 1.36,742 zamanla başa vuran Həmilton edib. Ferrari pilotları isə, 1.37 zaman baryerini adlaya bilməyiblər. İkinci seqmentdə sıralamanı tərk edənlər Fernando Alonso, Karlos Sayns, Stoffel Vandorn, Kevin Maqnussen və Lens Stroll olub. Lensdən fərqi olaraq təqaüdə yollanan Felipe Massa əla çıxış edib.

O, son saniyələrdə prinsipial rəqibi olan Fernando Alonsonu ilk onluqdan çıxarmağa müvəffəq olub.

Son seqment Mercedes pilotlarından hansının poul-mövqeyinə sahib olacağını müəyyən etməli idi. Bottas ilk cəhdində 1.36,231 zamana imza ataraq poula iddiali olduğunu bəyan edib. Həmilton isə, komanda yoldaşından 0,172 saniyə geridə qalaraq ikincilik ilə razılaşmalı olub.  Fettel isə, Valtteriyə 0,628 saniyə uduzaraq üçüncü nəticəyə imza atıb.

İkinci cəhddə liderlərdən heç kim Bottası keçə bilməyib və fin pilot bu mövsümdəki dördüncü poulunu qazanıb. Daniel Rikkardo isə, son cəhddə iki Ferrari pilotunun arasına girməyi bacarıb. Kimi Rəykkonen ilə Maks Ferstappen sabahkı yarışı üçüncü cərgədən başlayacaq.  İlk onluğu tamamlayan pilotlar Niko Hülkenberq, Serxio Peres, Esteban Oko və Felipe Massa olub.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt