Formula 1 seriyasının idman direktoru Ross Braun Liberty Media reformalarının bir məqsədə qulluq etdiyini bildirib - azarkeşlərin maraqlarına yaranmaq və "Böyük Mükafat" yarışlarını daha yaxşı etmək.

F1 yeni sahiblərinin hərəkətləri bir çoxlarına xoş gəlməyib. Buna misal olaraq loqotipin dəyişməsi və pit-qızlarının uşaqlarla əvəz edilməsidir.

"Mənim nöqteyi nəzərimcə, yeni rəhbərliyin tam başqa yanaşması vardır. Əsas üstünlük azarkeşlərin maraqlarıdır, - Business Life nəşrinə müsabiqə verən Braun bildirib. - Bizim qarşımızda duran məsələ dünyanın ən möhtəşəm şousunu təşkil etməkdir. Əlbəttə bunu bir gündə həyata keçirmək mümkün olmayacaqdır. Biz dəyişmək və ya yaxşılaşdırmaq gərək olan hər şeyi diqqətlə təhlil edirik.

Buna vaxt gərəkdir - real nəticənin əldə edilməsinə beş il vaxt tələb oluna bilər".