Formula 1 çempionatının dünən təqdim edilən yeni loqotipi azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Pilotlar da istisna təşkil etməyib. Əbu-Dabidə keçirilən son yarışın mükafatçıları FIA-nın təşkil etdiyi mətbuat konfransında, podium mərasimində nümayiş etdirilən Formula 1- in yeni loqotipi haqqında öz rəylərini bildiriblər.

“Şəxsən mənə köhnə loqotip daha çox xoş gəlir, yenisini isə, cəmi bir saniyəlik görmüşəm, - yarışın qalibi olan Valtteri Bottas bildirib. – Köhnə loqotipin nə çatışmamazlığı vardı ki? Məncə o çox əla görünürdü”.

Valtteri Bottası dördqat dünya çempionu Sebastyan Fettel də dəstəkləyib: “Mənim də köhnə variantdan daha çox xoşum gəlir”. Dördqat dünya çempionu Lyuis Həmilton isə, yeni loqotipin tənqid ediləcəyini labüd sayır.

“Problem ondadır ki, köhnə loqotip çox əlamətdar olub, - Lyuis bildirib. - Bir anlıq Ferrari və Mercedesin loqotipini dəyişdiyini təssəvvür edin. Yeni loqotipin hələlik tarixi yoxdur, lakin bizim sayəmizdə bu tarix yaranacaqdır”.