Pirelli şirkəti Malaziya Qran Prisi üçün pilotların şin seçimi haqqında məlumat yayıb. Sepanq avtodromuna italyan istehsalçısı Medium, Soft və Supersoft şinlərini gətirəcəkdir.

Pilotlar arasında ən çox populyar olan iki seçim avrdır: bir Medium, dörd Soft və səkkiz Supersoft (Daniel Rikkardo, Serxio Peres, Esteban Okon, Karlos Sayns, Daniil Kvyat), həmçinin bir Medium, üç Soft və doqquz Supersoft (Maks Ferstappen, Sebastyan Fettel, Kimi Rəykkonen, Niko Hülkenberq, Colion Palmer). Öz növbəsində pilotlar çempionatının lideri Lyuis Həmilton bir Mediom, beş Soft və yeddi Supersoft təkərlərini seçib. Digər pilotların seçimi barədə aşağıdakı məlumatı aşağıdakı şəkildən əldə edə bilərsiniz.