Red Bull Racing komandası 2018-ci il mövsümündə yarışacağı RB14 bolidini "döyüş" livreyasında təqdim edib. Xatırladaq ki, bir müddət bundan öncə avtomobil qara-mavi-ağ rənglərdə olan livreyada təqdim edilmişdir.

Bu gün isə, avstriya komandası yeni bolidini ənənəvi livreyada təqdim edib. Bir çoxlarının gözlədiyi kimi livreyada heç bir dəyişiklik olmayıb.

Xatırladaq ki, Red Bull Racing komandasıının yeni avtomobilinin təqdimatı keçən həftə Siverstounda keçirilən xüsusi tədbirdə baş tutmuşdur.