Sahara Force India komandası yeni mövsümdə istifadə edəcək rəngləri dəyişmək qərarına gəlmişdir. Yarış livreyasının dəyişməsinin əsas səbəbi komandanın bağladığı yeni sponsor müqaviləsidir.

Çəhrayı, al-qırmızı və gümüşü rəng çalarları hind komandasının yeni sponsoru olan BWT şirkətinin rəngləridir. DTM çempionatını izləyənlər keçən mövsümdə bu şirkətin rənglərini daşıyan Mercedes-AMG C63 DTM avtomobilini xatırlamalıdırlar. BWT şirkəti suyun təmizlənməsi üçün texnologiyaların yardılması ilə məşğuldur. Bolidin rəngindan savayı bu rənglər Force İndia komandasının pilotları olan Serxio Peres və Esteban Okonun dəbliqələrində də peyda olacaqdırlar.

Force India komandasının əvvəlki rəngləri

Vicey Malya (Sahara Force India komandasının rəhbəri): «BWT şirkətinin Formula 1 çempionatında təmsil olunması çox əhəmiyyətli hadisədir. Bu bizim komandanın on illik tarixində baş vermiş ən iri əməkdaşlıq nümunəsidir. Bu əməkdaşlıq bizim inkişaf etdiyimizin bir göstəricisidir və qış kommersiya fəaliyyətinin uğurla başa vurulması deməkdir. 2017-ci ildə bizim avtomobillər açıq rənglərə malik olacaqdırlar. Kuzov elementləri isə tutqun boya ilə örtüləcəkdirlər.

Livreyanın dəyişdirilməsi isə yeni əməkdaşlığın möhkəmliyindən və Formula 1 ilə münasibətlərini quran BWT şirkətinin ciddi niyyətindən xəbər verir».