Bu gün Suzukada keçirilən təsnifat mərhələsinin qalibi Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton olub. Britaniyalı pilot Yaponiyada karyerasındakı 71-ci poulunu qazanıb.

Cümə günü güclü yağışın yağması pilotları normal şəraitdə məşq etməsinə imkan verməmişdi. Şənbə günü quru hava şəraitində keçən üçüncü sərbəst məşqlərdə isə bir sıra qəzalar yaşanıb. Artıq təsnifat mərhələsinin başlanmasından öncə, bir neçə pilotun yer itirəcəyi məlum idi: güc qurğusunun elementlərini dəyişdirdiyinə görə Fernando Alonso 35 yer, Colion Palmer və Karlos Sayns isə 20 yer itirəcəkdirlər.

Səhər qəzaya düşərək ötürmələr qutusunu dəyişməyə məcbur olan Kimi Rəykkonen də beş yer itirəcəkdir. Lakin, liderlər arasında beş yer itirən pilot təkcə Rəykkonen deyil - onun həmyerlisi Valtteri Bottas da eyni səbəbdən mövqe itirəcəkdir.

Bilindiyi kimi, Pirelli Yaponiyaya Medium, Soft və Supersoft təkərlərini gətirib. İlk sessiyada Həmilton və Fettel Soft təkərləri ilə trekə çıxdılar. Qalan pilotlar isə daha yumşaq tərkibə üstünlük veriblər. İlk seqment Bottasın Denger döngəsindəki səhvi ilə yadda qalıb - trekdən çıxan fin pilot avtomobilinə xəsarət vermədən geri qayıtmağa müvəffəq oldu. Protokola 1.29,047 zamanla Həmilton başçılıq edib.

İlk seqmentin bitməsinə bir dəqiqə qalmış Haas pilotu Romen Qrojan beşinci döngədə bolidini darmadağın edib. Pilot bolidi özü tərk etsə də, tibb mərkəzinə göndərilib - yüklənmə vericisi pilotun yüksək G-qüvvəsinə məruz qaldığını göstərib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Beləliklə, ilk seqmentdə ələnən pilotlar Qrojan, Qasli, Stroll, Eriksson və Verlyayn olub.

İkinci seqmentdə Rəykkonen və Bottas trekə Soft təkərləri ilə çıxıblar.  Həmilton ilk cəhdində Suzukanın yeni rekorduna imza atıb - 1.27,819. Ferstappen, Rikkardo və Rəykkonen ikinci cəhddən imtina ediblər. Fettel isə ikinci cəhdində Həmiltonla fərqi 0,4 saniyəyə endirib. Bottas ikinci cəhdinə Supersoft təkərləri ilə yollanıb. Bu seqmentdə ələnən pilotlar Vandorn, Hülkenberq, Maqnussen, Palmer və Sayns olublar.

Final seqmentdə Həmiltona 71-ci poulunu qazanmağa yaxın olduğu aydın görünürdü. İkinci cəhdində britaniyalı pilot dövrəni 1.27,319 zamanla başa vuraraq Suzukanın yeni rekordunua imza atıb. İkinci nəticəni onun komanda yoldaşı Bottas göstərib. Fettel üçüncü nəticəni göstərsə də, sabahkı yarışı Həmiltonla birlikdə ilk sıradan başlayacaqdır. Qeyd etmək lazımdır ki, bu Həmiltonun Suzukada qazandığı ilk pouldur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt