Honda şirkətinin avtoidman bölməsinin başçısı Yusuke Haseqava Fernando Alonsonun Yaponiyada cəza aldığına görə utandığını bildirib. Alonso təsnifat mərhələsində ilk onluğa düşməyi bacarsa da, güc qurğusunun elementlərini dəyişdirdiyinə görə, cəza alaraq sonuncu yerdən yarışı başlayacaqdır.

«Mən çox utanıram, - Haseqava bildirib. - Problem mühərrikdə deyildi, bu hidravlik sistemin sızması idi. Lakin, bizim sistemdəki sızmanın səbəblərini axtarmağa vaxtımız olmadığı üçün mühərriki dəyişməli olduq».

Alonso əlavə edib: «Suzukanın yüksək sürətli virajlarında digər avtomobilləri təqib etmək bizim üçün çətin olacaq. Ümid edirəm ki, yaxşı start alaraq uğurlu strategiyanı həyata keçirə biləcəyik.

Yarışda tempimiz necə olacağını məni çox maraqlandırır. Bizim düzlüklərdə digər avtomobilləri ötmək üçün lazımi qədər sürətimiz yoxdur. Buna görə də yarış çətin olacaqdır. Yarış üçün konkret hədəflərim yoxdur. Ümid edirəm ki, ilk onluğa girmək imkanımız olacaq».