Hyundai şirkətinin premium subbrendi olan Genesis markası Çin bazarına daxil olub. Dünyanın ən böyük bazarına çıxan Genesis markası, bu əlamətdar hadisəni Şanxay səmada minlərlə PUA-nın iştirak etdiyi işıq şousu ilə geniş miqyasda qeyd etməyə qərar verib.

Genişmiqyaslı tədbirin videoyazısı Genesis markasının rəsmi YouTube kanalında dərc edilib. Genesis şirkətindən verilən məlumatda şouda işıqlanan elementlərlə təchiz olunmuş üç mindən çox dron iştirak edib. Bu işıqlanan elementlərin köməkliyi ilə Genesis səmada müxtəlif üçölçülü şəkilləri "rənglədiyib".

Bu şəkillərin arasında Genesis avtomobillərinə məxsus olan firma radiator barmaqlığının və DNT-nın cütlənmiş spiralı da var. Eyni zamanda, dronlar markanın Çin bazarında irəli sürəcəyi  iki modeli - G80 sedanını və GV80 krossoverini təsvir ediblər. Bu modellər Çində satılan ilk Genesis avtomobillər olacaqlar.

Üstəlik, koreyalılar Çin bazarında etibarlı agentlər və onlayn satışlar tərəfindən həyata keçirilən birbaşa satışlara əsaslanan "tamamilə yeni bir biznes modeli" sınamaq niyyətində olduqlarını qeyd ediblər. Eyni zamanda, bütün satış kanallarında markanın məhsulları üçün vahid qiymət dəstəkənəcəkdir. Genesis nümayəndələrinin bilridiriyinə görə, bu yanaşma yerli müştərilərin cəlb olunmasına kömək etməlidir.