GMC şirkətinin baş mühəndisi, keçən həftə sonu təqdim olunan Hummer EV SUV modelinin nədən eyni platformanı bölüşdüyü pikapdan daha zəif güc qurğusunu aldığını izah edib.

Texniki baxımdan, unversal kuzovlu GMC Hummer EV eyni adlı pkapı təkrarlayır, lakin yenə də fərqlər mövcuddur - məsələn, SUV indeksli modelin güc qurğusu 842 at qüvvəsi hasil etdiyi halda, pikap 1014 at qüvvəsinə malikdir. Bunun səbəbini Muscle Cars & Trucks nəşrinə verdiyi müsahibədə Hummer EV layihəsinin baş mühəndisi Al Openhayzer açıqlayıb. 

Məsələ ondadır ki, Hummer EV SUV modelinin təkər bazası 227 millimetr qısadır, bu da qısaldılmış arxa kuzov çıxışı ilə birlikdə ofrouderin uzunluğunu pikap ilə müqayisədə 508 millimetr azaldır. Bu isə, öz növbədində, elektrik güc qurğusunun gücünə birbaşa təsir edən dartma batareyası üçün daha az yer qaldığı anlamına gəlir.

Openhayzerin bildirdiyinə görə, GMC mühəndisləri Hummer EV ofrouderini Hummer EV pikapı ilə eyni ölçüdə batareya ilə təchiz edə bilərdilər, lakin bu, salon və baqaj bölməsindəki yerlərin azalmasına gətirib çıxaracaqdır. Buna görə də, belə həll yolundan imtina edilib.

“Açığı, ofrouderin 842 at qüvvəsinə malik olduğuna görə heç də təəssüflənmirik. Bir çox daxili yanma mühərriki belə güclə öyünə bilməz”, - layihə rəhbəri bildirib.

Bundan başqa, ofrouderin ümumi uzunluğunun və kuzov çıxışlarının azaldılması, keçmə qabiliyyəti baxımından üstünlüklərə malikdir.