Yaponiyanın Suzuka avtodromunda keçirilən yarış Mercedes komandasının pilotu Lyuis Həmilton doqquzuncu qələbəsini qazanıb. Onunla birlikdə podiuma komanda yoldaşı Valtteri Bottas və Red Bull Racing pilotu Maks Ferstappen qalxıb.

Həmiltonun doqquzuncu qələbəsi ilə Mercedes komandasının dördüncü dublu komandaya asanlıqla nəsib olub - startdan başlayaraq almanların rəqibləri yalnız Mercedes bolidlərinin diffuzorunu görüblər və yalnız öz aralarında haqq-hesab çürütməklə mə.ğul olublar. Yarışın il anlarında Maks Ferstappenlə toqquşan Sebastyan Fettel yalnız altıncı yerdə finiş görüb. 

Artıq Fettel ilə Həmilton arasındakı xal fərqi 67 xala bərabərdir ki, bu da beşinci çempion titulunun Lyuisin cibində olduğundan xəbər verir. Döğrudur, Sebastyanln riyazi şansları davam etsə də, son dörd yarışda Həmiltonun yarışdan kənar qalmasına yalnız Ferrari komandasının «dahi» strateqləri ümid edə bilər. Qeyd etmək lazımdır ki, Həmilton Ostində beşinci titulunu bayram etmək şansına da malikdir. 

Fettel beşinci titul ilə sağiollaşa bilər

Maks Ferstappen aldığı beş saniyəlik cəzaya baxmayaraq yarışı üçüncü yerdə bitirməyə müvəffəq olub. Gənc pilot «S» döngəsində trekdən kənar çıxıb, qayıydıqda isə Kimi Rəykkoneni sıxışdıraraq trekdən çıxarıb. Lakin, «Qaşıq» döngəsində Maksa digər Ferrari pilotu Sebastyan Fettel hücum edib və iki pilot arasında toqquşma baş verib. Birinci hadisəyə görə Maks beş saniyəlik cəza alıb, ikinci isə stüardlar tərəfindən yarış hadisəsi kimi qiymətləndirilib.

Yarışın sonunda Maks Bottasa hücum etsə də, fin pilotu keçə bilməyib. Digər Red Bull pilotu Daniel Rikkardo 15-ci yerdən dördüncülüyə qədər yükləslib. Lakin, yarışın ikinci hissəsində ötürmələr qutusundan şikayət edən avstraliyalı komanda yoldaşından geri qalmağa başlayıb.

Kimi raykkonen erkən pit-stopundan sonra tarfikə düşərək vaxt itirib və yarışı beşinci yerdə bitirib. Serxio Peres, Romen Qrojan, Esteban Okon və Karlos Sayns Yaponiyada xal qazanan pilotlar olublar. Ferrari komandasının gənc ümidi Şarl Lekler yarışı bitirməyib - Kevin Maqnussenlə toqquşan monakolu yarışdan çəkilməli olub.