Amerikanın Hennessey Performance tüninq atelyesi adi modellərə əsaslanan güclü avtomobilləri ilə məşhurdur. Şirkətin fişkalarından biri ikiqat kabinli Ford F-150 pikapına əsaslanan “bərkgedən” VelociRaptor 600 pikapıdır. Ancaq bunu məqbul saymayan və enduro motosiklnə sahib olmaq istəyənlər üçün, amerikan atelyesinin mütəxəssisləri Sherco Edition adlı versiyasını hazırlayıblar.

Alıcı “bərkgedən” pikap ilə birlikdə iki Sherco 300 Enduro enduro motosiklini əldə edəcəkdir. Texniki nöqteyi-nəzərdən yeni pikap 600 at qüvvəli 3,5-litrlik V6 turbomühərriki olan digər VelociRaptor 600 pikaplarından demək olar ki, fərqlənmir, lakin bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir.

Xüsusi livreyadan başqa, Sherco Edition versiyası Brembo əyləclərinə, yük yerində iki motosikl üçün nəzərdə tutulmuş Risk Racing dayaqlarına, velosipedlər üçün yükləmə rampası kimi istifadə edilə bilən kuzov uzunladıcısına və əlavə 20-litrlik yanacaq çəninə sahib olub.

Pikap ilə birlikdə iki Sherco 300 Enduro motosikleti də gəlir. Sifarişçi  ikitaktlı 300 SE və ya dördtaktlı 300 SEF modellərindən seçim edə bilər. Maye ilə soyudulan tək silindrli mühərrik SE modifikasiyasında yenidən işlənmiş silindr başlığına, SEF modifikasiyasında isə Race Tech yarış başlığına malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, hər iki motosikldə radiatorun və arxa dişli çarxı BulletProof Designs firması tərəfindən təkmilləşdirilmiş qoruyucuları, AXP Racing mexanizminin qollarının qoruyucu lövhəsi, enduro tutacaqları və S3 qripsləri, habelə bir sıra digər təkmilləşdirmələr var.

Hennessey VelociRaptor 600 Sherco Edition modeli 205.000 dollara başa gələcəkdir. Lakin atelyenin geniş kataloqundan əlavə opsiyaları seçməklə, bu qiyməti asanlıqla artırmaq olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.