Honda şirkəti ePrototype elektrik sitikarının xarici görkəmi üzərindəki sirr pərdəsini götürüb. Prototip mart ayının əvvəlində keçiriləcək Cenevrə avtosalonunda debüt edəcəkdir. Seriyaöncəsi model 2017-ci ildə nümayiş etdirilmiş Urban EV konseptinin seriyaya gedəcək variantıdır.

Honda ePrototype modelinin əsasını xüsusi olaraq bu elektrokar üçün hazırlanmış arxaçəkişli platforma təşkil edir. Avtomobil bir elektrik mühərrikinə və həcmi açıqlanmayan batareya ilə təchiz edilir. ePrototype modelinin yürüş ehtiyatı 200 kilometr təşkil edir. Yüksək sürətli terminalda avtomobilin batareyasının 80 faizini 30 dəqiqəyə doldurmaq olar.

Modelin xüsusiyyətləri arasında yan güzgüləri əvəzləyən kameralar, panoram alın şüşəsi, batareyanın cərəyanının səviyyəsini əks etdirən şüşə ilə örtülmüş panel, LED işıq texnikası, melanj parçası ilə örtülmüş oturacaqlar vardır.

Prototip bir neçə ekranı olan geniş formatlı cihazlar panelinə sahibdir. Mərkəzi ekran multimedia sistemi üçün nəzərdə tutulub. Bu ekranın sol tərəfində virtual cihazlar paneli, kənarlarında isə, Camera Mirror sistemindən alınan görüntüləri əks etdirən displeylər yerləşdirilib. Bundan başqa, fiziki düymələri olan orqanlar da saxlanılacaqdır. Məsələn, klimat-kontrolun bloku ənənəvi görkəmə malikdir.