FAW konserninin tərkibinə daxil olan Hongqi markası, rəsmi olaraq dəbdəbəli E-HS9 elektrik krossoverini təqdim edib. Yeni model Çin markasının flaqman krossoveri olacaqdır. Eyni zamanda, Hongqi E-HS9 ilk dəfə olaraq ictimai yollarda qeydə alınıb.

Hongqi E-HS9 modelinin ən diqqəti çəkən eksteryer elementi Rolls-Royce avtomobillərinin üslubunda hazırlanmış iri radiator barmaqlığıdır. Burada təəccüblü bir şey yoxdur, çünki ofrouderin  dizaynı üzərində Britaniya markasının keçmiş dizayneri Jil Teylor işləyib. E-HS9 modeli tamamilə LED işıq texnikasına, yığışdırılan qapı tutacaqlarına və dairəvi görüntü kameralarına sahib olub.

Krossoverin salonunun tərtibatında bahalı materiallarından istifadə olunur. Modelin oturacaqları əsl dəri ilə üzlənib, ön panelin tərtibatında isə qiymətli ağac növlərindən və cilalanmış alüminiumdan istifadə olunub. Bundan əlavə, Hongqi E-HS9 rəqəmsal cihazlar panelini və multimedia sisteminin nəhəng LED displeyini əldə edib.

Tamötürməli krossoveri ön və arxa oxlarda yerləşən iki elektrik mühərriki ilə hərəkətə gəlir. Mühərriklər 92,4 kilovat-saatlıq litium-ion batareyasından qidalanırlar. Elektrik güc qurğusunun ümumi hasilatı 550 at qüvvəsinə bərabərdir. Hongqi E-HS9 modeli 100 km/saat həddini dörd saniyəyə toplayır. Elektrik krossoverinin yürüş ehtiyatı 500 kilometrdir.

Image alt Image alt Image alt Image alt

Hongqi E-HS9 modelinin Çindəki satışlarına ilin sonuna qədər başlanmalıdır. Modelin dəyəri hələ açıqlanmayıb. Krossoverin qiymətinin 500.000 yuandan (121.800 manat) başlanacağı gözlənilir.