Hyundai şirkəti Santa Fe modelinin qapı dəstəyinə və mühərriki işə salma düyməsinə barmaq izlərinin skan edilməsi sistemini əldə edəcəyini yazmışdıq. Artıq koreya istehsalçısı bunu rəsmi olaraq təsdiq edib və belə bir sistemlə təchiz edilən Santa Fe modellərinin istehsalına start verib.

Barmaqla skanerə toxunan avtomobil sahibi qapıları aça və mühərriki işə sala bilər. Sistem, yaddaşa yazılmış tənzimləmələrə uyğun olaraq, oturacaq və yan güzgüləri avtomatik olaraq lazımi vəziyyətə gətirir. Gələcəkdə barmaq izinə uyğun olaraq havalandırma sisteminin və sükan çarxının vəziyyəti də tənzimlənə bilər. Hyundai şirkəti bu sistemin sındırılması ehtimalının birin əlli minə nisbətində olduğunu bildirib. Yeni texnologiya adi smart-açardan beş dəfə təhlükəsizdir. 

Hyundai tərəfindən hazırlanan skaner papilyar naxışın çıxıntı və çuxurları arasındakı elektrik sahəsini qeydə alaraq, sistemi sındırılmadan müdafiə edir. Sensor şüşə üzərində yerləşdiyinə görə, barmaq izinin surətinin çıxarılması, demək olar ki, mümkün deyildir.

Image alt Image alt Image alt Image alt