Hyundai şirkəti yeni bayraqdar krossoverinin adını rəsmən elan edib - Palisade. 2020-ci ildə satışa çıxarılacaq krossover Los-Anjelesin ən zəngin və gözəl mənaklarından biri olan Pacific Palisades dənizkənarı rayonunu şərəfinə belə adlandırılmışdır. Modelin debüt mərasimi bu ayın sonunda keçiriləcək Los-Anjeles avtosalonunda baş tutacaqdır.

Koreya istehsalçısı yeni tamölçülü krossoverin cəsur xarici görkəmə, ən müasir təhlükəsizlik sistemlərinə malik olduğunu və aktiv həyata üstünlük verən ailələrə ünvünlandığını bildirib.  

İlkin məlumata görə, Hyundai Palisade bir müddət bundan öncə nümayiş etdirilmiş Kia Telluride modeli ilə ümumi platformada inşa edilibdir. Hər iki avtomobil səkkiz yerlik salona, köndələninə yerləşdirilmiş V6 mühərrikinə, öndən çəkiş sisteminə sahib olacaqdırlar. Opsional olaraq krossoverləri tam çəkiş sistemi ilə də təchiz etmək mümkün olacaqdır.

Hyundai Palisade modeli barədə ətraflı məlumat 28 noyabr tarixində onun rəsmi təqdimatı zamanı veriləcəkdir.

Image alt Image alt Image alt Image alt