Hyundai şirkəti məhdud saylı Night Edition seriyasından olan Sonata N Line sedanını təqdim edib. Min nüsxəlik tirajla buraxılacaq sedanın qiyməti 34.750 dollar təşkil edir. “Qara” seriyadan olan Sonata N Line Night Edition modeli “G.I.Joe: Kobranın sıçrayışı. Sneyk Ayz” filmindəki avtomobilə bənzədilib.

Xüsusi seriyadan olan sedan adi modeldən kuzovdakı tutqun rəngli haşiyələri, karbonplastikdən detalları, qırmızı rəngli əyləc supportları və rənglənmə variantları ilə seçilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən N Line Night Edition sedanı standart Sonata N Line modelini təkrarlayır. Sedanın kapotunun altında 294 at qüvvəsi və 422 Nm fırlanma anı hasil edən 2,5-litrlik turbomühərrik yerləşir. Güc qurğusu iki yaş muftası olan N “robotu” ilə tandemdə çalışır. “Kino” avtomobilin cəlbedici xüsusiyyətləri xüsusi dekoru və kuzovun iki rəngidir – qara Phantom Black və ağ Quartz White.

Sonata N Line Night Edition modelinin arxa spoyleri və təkər topunun qapaqları karbonplastikdən hazırlanıb. 19-düymlük təkər diskləri də qara rəngə boyanıblar. Sedan həmçinin “qara xromdan” emblemləri və beycləri, qırmızı əyləc supportları, yan güzgülərin tutqun qara rəngli gövdələri və eyni rəngli qapı tutacaqları (ağ rəngli avtomobildə bu detallar kuzov rəngində olacaqlar) ilə seçilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.