Münhendə keçirilən avtosalonda Mercedes-Benz şirkəti EQB krossoverinin qlobal versiyasını təqdim edib. Bir müddət bundan öncə Çin bazarı üçün bəyan edilən krossover, hazırda Avropa və ABŞ bazarlarında debütə hazırlaşır.

Qlobal bazarda Mercedes-Benz EQB modeli ikimühərrikli qurğu və elektrokarı 419 kilometrlik yürüş ehtiyatı ilə təmin edən 66,5 kilovat-saatlıq batareya ilə təklif ediləcəkdir. Qeyd etmək gərəkdir ki, yürüş ehtiyatına görə, Ştutqart təmsilçisi Audi Q4 e-tron və Tesla Model Y elektrokarlarında geridə qalır.

Mercedes-Benz EQB modeli adi GLB krossoveri ilə eyni kuzova sahibdir, lakin fərqli kuzov dəsti sayəsində onun ümumi uzunluğu simvolik olaraq 50 millimetr çoxdur. Yeni elektrik krossoverini radiator barmaqlığını əvəzləmiş bağlı panel, damcı formalı fənərlər, kuzovun eni boyu uzanan gündüz hərəkət işıqları, habelə 20-düymlük "aerodinamik" təkər diskləri sayəsində ayırd etmək olar.

Arxa hissədə yeni bamper və əyləc işıqlarının diod lenti olan fərqli baqaj qapağı peyda olub.

Yeni elektrik krossoverinin əsas üstünlüyü onun tutumu olmalıdır: EQB modeli həm beşyerli, həm də yeddi yerli salonla təklif ediləcəkdir. istehsalçının bildirdiyinə görə, üçüncü cərgədə təkcə uşaqlar deyil, həm də boyu 165 santimetr olan böyüklər rahatlıqla əyləşə bilərlər.

İkinci cərgədəki oturacaqların kürək hissələri tənzimlənir və əlavə ödəniş qarşılığında onların 14 santimetr diapazonunda uzununa tənzimlənməsini də sifariş etmək olar. Baqaj bölümünün həcmi konfiqurasiyadan asılı olaraq 495-1710 və yaxud 465-1620 litr təşkil (müvafiq olaraq, beş və yeddi yerli quruluş üçün) edir.

EQB və GLB modellərinin interyerləri arasındakı fərq minimaldır: elektromobil cihazlar panelinin özünəməxsus qrafikasına və MBUX media sisteminin fərqli interfeysə malikdir. "Batareyalı" krossoverin digər cəhəti bürünc rəngli dekorudur.

Qlobal Mercedes-Benz EQB modeli 300 və 350 indeksinə malik olan iki versiyada debüt edib. Hər iki Versiya ikimühərrikli güc qurğusuna malikdir, lakin hasilatları ilə fərqlənirlər: EQB 300 modeli 228 at qüvvəli, EQB 350 isə 292 at qüvvəli güc qurğusuna malikdir. 300 indeksli modeli 100 km/saat həddini səkkiz saniyəyə, daha güclü versiya isə 6,2 saniyəyə toplayır. Hər iki modifikasiyanın maksimal sürəti 160 km/saatda məhdudlaşdırılıb.

Mercedes-Benz EQB modelinin rəqibləri olan Audi Q4 e-tron və Tesla Model Y krossoverləri daha çox yürüş ehtiyatı təklif edilər. Belə ki, Q4 e-tron dolu batareya 488 kilometr, Model Y isə482 kilometr qət etmək iqtidarındadırrlar. 66,5 kilovat-saatlıq batareyaya malik olan Mercedes-Benz EQB isə cəmi 419 kilometr məsafə qət edir.

Mercedes-Benz EQB modeli alman markasının Macarıstandakı zavodunda istehsal ediləcək ilk elektromobili olacaqdır. Çin bazarında satılan krossover, öz növbəsində, Pekindəki müəssisədə yığılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qiymətlər hələ açıqlanmayıb, lakin qeyri-rəsmi məlumatlara görə, EQB 300 modelinin qiyməti 50 min dollardan aşağı olacaqdır. Ən yüksək təchizat səviyyəsinə malik olan EQB 350 modeli təxminən 70 min dollara başa gələcəkdir

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.