Volkswagen, bazar debütü çoxsaylı proqram təminatı problemləri və qeyri-qənaətbəxş interyer keyfiyyəti ilə korlanmış ID.3 hetçbekini ardıcıl şəkildə təkmilləşdirməyə davam edir. Cəmi bir il əvvəl ID.3 təkmilləşdirməyə məruz qalıb, lakin bu, planlaşdırılan yeniləmələrin yalnız ilk hissəsi olub. İndi isə, ikinci yenilənmənin növbəsi gəlib-çatıb.

Eksteryerdə dəyişikliklər baş verməyib, əsas yeniliklər isə, interyerdə cəmləşib. ID.3 yenilənmiş Golf və digər yeni modellərdən tanış olan yeni nəsil mediasistemi alıb. Mərkəzi ekranın diaqonalı 12-dən 12,9 düymədək artıb, yeni qrafiki qılaf və ChatGPT süni intellekt dəstəyi olan IDA səsli köməkçisi quraşdırılıb.

Transmissiyanın selektoru cihazlar panelinin küncündən sağ sükanaltı dəstəyin yerinə keçirilib, şüşəsilənlərin idarəetməsi isə, sol sükanaltı dəstəyə həvalə edilib. Qəza işıqlarının analoq düyməsi isə, havalandırma sisteminin mərkəzi deflektorlarının arasında yerləşdirilib.

Avropa İttifaqının yeni qaydalarına uyğun olaraq, hetçbekin baza təchizatına genişləndirilmiş elektron köməkçilər dəsti və adaptiv kruiz-kontrol əlavə edilib. Ancaq 12-dinamikli 480 vattlıq qabaqcıl Harman/Kardon audio sistemi opsional avadanlıq olaraq qalır.

Başlanğıc səviyyəli Volkswagen ID.3 Pro hələ də 204 at qüvvəli elektrik mühərrikinə və 58 kilovat/saatlıq batareyaya malikdir. Lakin ID.3 Pro S versiyası təkmilləşdirilib. Birincisi, 77 kilovat/saatlıq batareya əvvəlcədən soyutma və ya istmə funksiyası olan yeni termotənzimləmə sistemini alıb. Artmış güc malik olan şarj (170-dən 175 kilovata qədər), elektrik avtomobilinin daha səmərəli və daha sürətli doldurulmasını təmin etməlidir.

İkincisi, Pro S versiyası indi daha qənaətcil, 231 at qüvvəli yeni nəsil elektrik mühərriki ilə təchiz edilir. Nəticədə, 100 km/saata sürətlənmə müddəti 7,9-dan 7,1 saniyəyə enib, pasport üzrə yürüş ehtiyatı isə, 546-dan 559 kilometrə qədər artıb.

Maraqlıdır ki, Almaniya bazarında maksimal hasilat standartdır, baxmayaraq ki, digər Aİ ölkələrində istifadəçilər əlavə gücü müstəqil olaraq aktivləşdirməlidirlər (əlbəttə ki, əlavə ödəniş qarşılığında), baza da isə, eyni 204 at qüvvəsi əlçatandır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Almaniyada Volkswagen ID.3 Pro S versiyasına sifarişlər qəbul olunur. Onun qiyməti 47 600 avrodan başlayır. Yenilənmiş elektrokarın daha sadə versiyaları bir müddət sonra debüt edəcəklər. Elə həmin zaman, yenilənmiş elektromobil Avropanın digər bazarlarında satışa çıxmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.