İtaliya Respublikasının 76 illiyi və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edilib.

2 iyun tarixində Azərbaycan Dövlət Filamoniyasının terasında İtaliya Respublikasının Səfirliyi tərəfindən rəsmi tədbir təşkil edilmişdi. Tədbirdə İtaliyanın səfiri Klaudio Taffuri, səfirliyin nümayəndələri, Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Hikmət Hacıyev, Anar Ələkbərov, təhsil naziri Emil Əmrullayev və energetika nazirinin müavini Samir Vəliyev iştirak edirdilər.

taliya 1946-cı ildə, İkinci Dünya Müharibəsində işğaldan azad edildikdən sonra xalq səsverməsi yolu ilə monarxiyadan respublika idarəetmə sisteminə keçərək, ikipalatalı (Senat və Nümayəndələr Palatası) parlament tərəfindən idarə olunur.

Tədbiri İtaliyanın Azərbaycandakı səfiri cənab Klaudio Taffuri açaraq, çıxışında bu tarixin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə eyni vaxta təsadüf etdiyini bildirib. Səfir Azərbaycan - İtaliya münasibətlərinin tarix boyu dostluq və bir-birinə dəstək zəminində olmasını vurquladı. O, koronovirus pandemiyası zamanı Azərbaycanın İtaliyaya verdiyi dəstəyi və köməyi yüksək qiymətləndirdi.

Səfirdən sonra söz alan Azərbaycanın təhsil naziri Emin Əmrullayev ölkələrimiz arasında olan tarixi münasibətləri qeyd edərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ölkəmizdə İtaliyanın diplomatik nümayəndəliyinin ilk fəaliyyətə başlayanlar  səfirliklər arasında olmasını qeyd etdi. 1990-cı ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra isə, müstəqilliyimizi tanıyan ilk dövlətlərdən birinin məhz İtaliyanın olduğu, həmçinin Cənubi Qafqazda ilk diplomatik nümayəndəliyini məhz Bakıda açdığı da vurğulanıb. 

Cənab nazir çıxışında ölkələr arasında olan ticarət münasibətlərinin dərin olmasını da qeyd edib, 44-günlük müharibədə azad olunmuş ərazilərin bərpasına dəvət olunanlar şirkətlər arasında İtaliyanın şirkətləri ön sıralardadır. İtaliya və Azərbaycan arasında təhsil sahəsindəki əməkdaşlığın getdikcə genişlənməsinin sevindirici hal olduğunu da söyləyib .

Rəsmi çıxışlardan sonra Azərbaycanın milli rəqsləri ifa olunub, İtaliya markalarının moda nümayişi keçirilib və axşam DJ-in iştirakı ilə davam edib. Tədbir iştiralçılarına italyan mətbəxinin gözəl təamları və içkiləri təqdim olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt