Jeep və Mopar şirkətləri 52-ci illik pasxa safarisi üçün hazırladıqları yeddi konseptual yolsuzluq avtomobilini təqdim edib. Moab şəhərində keçiriləcək tədbir bu ayın sonunda başlanacaqdır. Konseptlərdən beşi yeni nəsil Wrangler modelinin, ikisi isə Renegade və Wagoneer modellərinin bazasında hazırlanıb.

Jeep4SPEED konsepti, müvafiq olaraq 2011 və 2013-cü illərdə nümayiş etdirilmiş Pork Chop və Stitch konseptlərini təkrar edən ofroderin yüngülləşdirilmiş versiyasıdır. Avtomobilin kapotu və qanadları karbonplastikdən hazırlanmış, onun klirensi 51 millimetr artırılmışdır.

Ofroder ötürmə sayı 4,10 olan Dana 44 körpüləri və BF Goodrich Mud Terrain şinləri geyindirilmiş 18-düymlük təkər diskləri ilə təchiz edilib. Jeep 4SPEED 2,0-litrlik turbodördlüklə hərəkətə gəlir. Avtomobilin arxa hissəsi baqaj bölməsinə çevrilmiş, kandarları isə perforasiyalı alüminiumdan hazırlanmışdır.

Jeep 4SPEED

Yarış ofroderlərindən ilham alınaraq yaradılan Jepp Sandstrom dördqollu uzungedişli asqıya, quraşdırılmış kompressora, əlavə işıqlandırma blokuna, karbon kapota, kuzova quraşdırılmış təhlükəsizlik karkasına, bedloklu 17-düymlük təkər disklərinə və 39,5 düymlük BF Goodrich Krawler şinlərinə sahib olub. Avtomobilin ön asqısının gedişi 356, arxa asqısının isə 457 millimetrdir. Jeep D-Ute konsepti Renegade ofroderinin bazasında hazırlanıb. Konsept hündürləşdirilmiş asqı, damda quraşdırılan baqaj bölümü və kandarların müdafiəsi ilə təchiz edilib.

Ofroder çıxışı 30 millimetr olan 17-düymlük təkər diskləri ilə təchiz edilib.

Jeep Sandstrom

Jeep Wagoneer Roadtrip konsept avtomobili 1965-ci ilin modelinin bazasında hazırlanıb. Ofroderin bazası uzaldılmış, raması günləndirilmiş, həmçinin qapadılmaları olan Dana 44 körpüləri və 33-düymlük yolsuzluq təkərləri ilə təchiz edilmişdir. Ofroderin kapotunun altında 5,7-litrlik V8 mühərriki yerləşir. Güc aqreqatı beş pilləli mexaniki transmissiya ilə birlikdə çalışır. Nacho Jeep Rubicon modifikasiyasında olan standart Wrangler modelidir.

Ofroderi Jeep Performance Parts əlavə aksessuarları ilə təchiz ediblər. Ofroder yeni kapota, soyuq işəsalma sisteminə, ön dayaqlarda quraşdırılmış işıqlandırma modullarına, klirensi artırılmış asqı və 37-düymlük təkərlərə sahib olub. Yeri gəlmişkən, avtomobildə quraşdırılmış əlavə işıqlandırma təkcə yolu işıqlandırmaq üçün deyil, həmçinin karvanda hərəkət edən digər sürücülərlə əlaqə qurmaq üçün nəzərdə tutulub.

Nacho Jeep

Jeep jeepster konsepti 1966-cı ilin eyni adlı modelinin üslubunda hazırlanıbdır. Ofroder iki rəngli kuzovu, mailliyi 2,5 dərəcə artırılmış alın şüşəsi, əlavə yolsuzluq LED-işıqlandırması və 51 millimetr artırılmışklirensi ilə seçilir.  Sonuncu Jeep J-Wagon konsepti Mopar dekor elementlərinə, yeni bamperə, 17-düymlük təkər dislərinə və 35-düymlük şinlərə sahib olub.

Moab Easter Jeep Safari yolsuzluq festivalı hər il yazda pasxa tətilləri zamanı keçirilir.

Bu dünyada yolsuzluq mövzusunda olan ən iri tədbirlərdən biridir.

Bu tədbir çərçivəsində müxtəlif yarışmalar da keçirlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt