Volkswagen Golf modeli tünerlər arasında ən populyar modellərdən biridir. Səkkizinci nəsil Golf modelinin öz seqmentindəki ən cəlbedici avtomobil adlandırmaq olmaz və buna görə də, bir çoxları avtomobilin xarici görünüşünü daha effektiv etmək arzusundadırlar.

VW Golf Mk8 modelinin yeni debüt etməsinə baxmayaraq, tünerlər artıq hetçbeki təkmilləşdirmək üçün müxtəlif proqramlar təklif edirlər. Məsələn, məşhur ABT Sportsline atelyesi hetçbeki 20-düymlük təkər diskləri ilə təchiz etməyə üstünlük verir. Lakin, JMS atelyesi təkcə təkər diskləri ilə kifayətlənmək fikrində deyil.

Golf GTI modellərindən ilham alan JMS dizaynerləri hetçbeki zərif qırmızı haşiylər və ön ətəyi 3 santimetr artıran ön spoyleri sayəsində aqressivləşdirməyə nail olublar. Hetçbekin aqressiv görkəmini 225/35 ölçülü şinlərə və qırmızı boltlara malik olan xüsusi 19-düymlük təkər diskləri və yan ətəklərdəki işləmələr tamamlamlayır.

Arxa tərəfdə isə, əvvəlki nəsil Golf GTI TCR modelindən götürülmüş diffuzoru və Audi RS3 modelinin üslubunda oval ucluqlarını olan çıxış borularını görmək mümkündür. Tüner diffuzorun ayrıca, texnoloji dəliklər olmadan satılacağını da bildirib. Bunun səbəbi isə, səsboğucu sistemin çıxış borularının sayıdır. Tüner müştərinin bir və iki çıxış borusunu seçə biləcəyini güman edir. 

Bundan başqa, hetçbek KW fırmasının koyloverləri ilə də təchiz edilmişdir ki, məhz onların sayəsində disklərin təkər tağlarına güclə yerləşdiyi görüntüsü yaradılır.

JMS atelyesi tüninq dəstinin satışlarının sentyabr ayında başlanacağını bildirib. Hazırda tüner mühərrikin və səsboğucu sistemin təkmilləşdirilməsi üzərində çalışır.