Karlos Qonun həbs edilməsi Renault və Nissan şirkətlərinin birləşməsi planları ilə bağlı ola bilər. Anonim mənbələrdən verilən məlumata əsasən bu barədə qərar yaxın aylarda verilməli idi. Nissan şirkətinin İdarə şurası bu birləşmənin əleyhinə çıxış edir və bütün yollarla buna mane olmağa çalışırdı.

"Financial Times" qəzetinin məlumatına əsasən Tokio hava limanında saxlanılan ana qədər Karlos Qon məhz bu məsələ ilə məşğul idi. Özü də, Nissan şirkətinin İdarə heyəti istənilən yenidən təşkilatlanmanın əleyhinə çıxış edirdi, çünki bu Renault şirkətinin statusunu gücləndirə bilərdi. Hazırda yapon şirkətinin səhmlərinin 43 faizi fransızlara məxsusdur ki, bu da onlara biznes-proseslərə nəzarət etmək və rəhbərliyin üzvlərini seçmək imkanı verir. Nissan şirkəti isə, Renault şirkətinin səs hüququ verməyən 15 faizlik səhmlər dəstinə sahibdir.

"Asahi Shimbun" nəşrinin bildirdiyinə görə, Tokio prokurorluğunun işçiləri Nissan ilə sıx şəkildə əməkdaşlıq ediblər. Hüquq-mühafizə orqanlarının nümayəndələri Qonun təyyarəsinin Haneda hava limanına enmə vaxtını dəqiq bilirlərmiş. Onlar, uçuş-eniş zolağında təyyarəyə birbaşa daxil olmağa icazəyə də malik olublar.

Karlos Qonu gəlirlərin gizlədilməsi və şirkətin vəsaitlərinin məqsədsiz xərclənməsində ittiham edirlər. Daxili tədqiqatın gedişi zamanı, idarə heyətinin başçısının şirkətin milyardlarla ienini xərcləyərək, Rio-de-Janeyroda, Beyrut, Paris və Amsterdam şəhərlərində əmlak aldığını və onları təmir etdirdiyi aşkar olunub.  Karlos Qonu 10 illik həbs gözləyir.

Qonun həbsindən sonra, Nissan və Mitsubishi şirkətlərinin idarə heyətləri təcili qaydada onu tutduğu vəzifələrdən azad edib. Renault şirkəti isə, saxlanılan başçısının səlahiyyətlərinə toxunmayaraq, Gonun “müvəqqəti olaraq iş bacarığını itirdiyini” bildirib.

Yapon markasının baş direktorunun səlahiyyətlərinin icrası Tyerri Bolloreyə həvalə edilib.

Mənbə: Carscoops