Eldar Rəsul ilə artıq 6 aydır tanışıq. Bu müddət ərzində onun xidmətindən istifadə etmişəm və çox razıyam. Dəbə uyğunluq, səliqəli iş və maraqlı insan olduğuna dəfərlərlə əmin olmuşam. Hər dəfə görüşümüz dostcasına söhbətlərlə davam edib. Eldar çox məhşur şəxslər üçün kostyum və pencəklər tikir. Necə deyərlər, gözəllik ondur, doqquzu don. Biz The Gallery Art Cafe-də görüşüb dadlı çayla bu ilin modası haqqında danışdıq.

Eldar Rəsul uşaqlıqdan dərzi olmaq arzusunda olub. Geyimdə dəbi izləyib və yaradıcılıq həvəsində olub. Hər zaman  qeyri adi nə ilə isə qarşılaşanda onu əldə etmək istəyi yaranıb. Deyir ki, atam gənc yaşlarında mənə seçim təklif etdiyində dərzi sənətinə yiyələnmək arzusunda olduğumu söylədim və seçimini etdim. Gənc yaşlarında dərzi şagirdi kimi işə başlamışdır. İlk zamanlar şalvar tikməklə sənətə başladım. Pul qazananda anladım ki, bu bilik yetərli deyil. Dərziliyin dərinliklərinə yiyələnməyə qərar verdim. Kitablar, jurnallarla mütaliə edərək bu işin incəliklərini öyrənmdim” deyə karyerasının ilk anlarını xatırlayır. 

Bu yaz-yay açıq rənglərə üstünlük verilir. Misal üçün, göy rəngin bütün sakit tonları. Klassik göyün və bozun kombinasiyası hər zaman dəbdədir. Demək olar ki, son illərin tendisiyası əvvəlki kimi konkret deyil, daha genişdir.

Rənglərdə kontrast yox, uyğunluq olmalıdır, bir birini tamamlamılıdır. Daha çox sakit tonları məsləhət görürəm. Parlaq rəngli akksesuarlardan istifadə edib, əsas geyimi isə sakit çalarlarda seçməyi məsləhət görərdim.

Yaşıl rəng yenidən aktual olur. Məsələn yaşıl rəngli pencəklə, krem rəngli şalvar daha çox göz oxşayacaq. Yaşılın boza yaxın olan tonları məsləhətdir.

Ağ və qara rəng kajual geyimdə dəbdən çıxmayıb. Məsələn cins şalvar, qara və ağ rəngli pencək və ya polo tipli köynəklərin birləşimi müasir görsənəcək.

Pencəyin kişi geyimlərində çox vacib yeri var. Gərək o mükəmməl tikilsin. Çiyin, qollar, yaxası doğru oturmalıdır.

Pencəklər qısalır. Pencəyin qolu və ətəyi daha da qısalıb. Pincəyin qolu bilək sümüyü səviyyəsindən 1 sm yuxarı olmalıdır. Ətək isə baş barmağın birinci oynağından bir santimetr yuxarı olmalıdır. 

Pencəkdə kəsiklərin sayı yaz və payız fəsilində iki, yayda isə nazik pencəlkərdə bir olacaq. Düymələrin sayı iki və üçdür. Variant kimi üçüncü düymə görünməz ola bilər.

Pencəklərin yaxaları genişlənib, 9-10 sm olub. Çiyinlər isə daralıb. Ustdən qoyulma ciblər yenidən dəbdədir.

Çox əlvan rəngli kostyumları modelyerlər də tövsiyyə edirlər. Məsələn, çəhrayı, qırmızı rəngli kostyumları Bakıda heç kəs risk edib geyinməyəcək.

T-şört və pencəyin birləşimi yenə də bu ilin dəbidir.

Köynəklər əlvan rəngli və zolaqlı, kətan və pambıq materiallardan ola bilər. Geniş yaxalıqlar bu ilin tendensiyasıdır. Yaxalığın künc hissəsi uzanır.

Jilet qayıdır. Üçlük kotyum və ya başqa rəngli jilet geyinib, onu kəmər və ya köynəyə uyğunlaşdırmaq olar.

Şalvarlar keçən ilki kimi ensizdir, ancaq bu il bir az da qısalıb. Corab görünməlidir. Şalvarın balağı ayaqqabıdan 1 sm yuxarıda olmalıdır.

Ağ şalvarlar yayda dəbdə olacaq. Onu istənilən rəng, həm klassik, həm də gündəlik pencəklərlə geyinmək olar.

Cins hər zamankı kimi aktualdır. Sürtülmüş və yırtılmış cins şalvarları pencəklə uyğunlaşdırmaq olar.

Şortlar bu yay çox aktualdır, amma ensiz. Onu polo, t-şört və ya qısa qol köynəklə geyinmək olar. Hətta nazik pencəklə də uyğunlaşdırıla bilər.

Qalstuk və yaylıqları əlvan rəngdə istifadəsi bu ilin tendensiyalarındadır. Daha parlaq və əlvan rəngli akksessaurlar kostyum və ya pencəyin rəngini daha diqqətçəkici edəcək.

Aksessuarlar geyimin daha vacib hissəsinə çevrilib. Geyimi onlarla daha da zənginləşdirmək lazımdır. 

Ayyaqabı, kəmər, saat kimi aksessaurları geyiminizə uyğunlaşdırın. Onlar çox vacibdir.

The Gallery Art Cafe-yə çəkilişləri dəstəklədiyi üçün münnətdarlığımızı bildiririk.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt