Mayamidə yerləşən FJ Company şirkəti 40-cı seriyadan olan Toyota Land Cruiser ofroderlərinin bərpası və təkmilləşdirilməsi ilə məşğul olur. Bu yaxınlarda şirkət 1972-ci ilin modelinin əsasında hazırlanmış layihəni təqdim etmişdir.

Şirkət, rama və kuzovu bərpa edilmiş  klassik ofroderi Avstraliyada yerləşən Old Man Emu  şirkətinin yolsuzluq üçün nəzərdə tutulmuş asqı sistemi ilə təchiz etmişdir. Əlavə olaraq, ofroder müasir əyləc sisteminə, sükan gücləndiricisinə və yeni mühərrikə sahib olmuşdur. Ofroder Toyota şirkətinin 1980-cı ilin 3F-E seriyasından olan mühərriki əldə etmişdir. Dörd litrlik mühərrik 155 at qüvvəsi və 303 Nm fırlanma anı hasil edir.  Güc aqreqatı beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.

Şirkət mütəxəssisləri avtomobilin klassik interyerini qoruyub-saxlamış , eyni zamanda kondisioner, qızdırılan oturacaqları və müasir audio sistemi quraşdırmışdırlar. Müasir içalata malik olan klassik ofroderin qiyməti 55 min dollardan başlayır. Avtomobilin top variantları 90 min dollara başa gələcəkdir.

Arzu edənlər avtomobili şirkətin saytında olan xüsusi konfiquratorda yığa bilərlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt