Nio şirkəti yüksək tələbat ucbatından 1360 at qüvvəli EP9 hiperkarının buraxılışını artırmaq qərarına gəlmişdir. Bu barədə xəbəri Motorauthority saytı dərc etmişdir. Şanxayda keçirilən avtosalonda istehsalçının nümayəndələri buraxılacaq hiperkarların sayını 10 yüksəldəcəklərini bildirmişdirlər. İlkin olaraq cəmi altı ədəd Nio EP9 modelinin buraxılması nəzərdə tutlmuşdur. Bir elektromobilin satış qiyməti 1,48 milyon dollar təşkil edir. Hiperkarın bütün nüsxələri artıq satılmışdırlar.

Hiperkarın hazırlanmasında NextEV şirkətinin Formula E çempionatındakı komandasının mütəxəssisləri də iştirak etmişdirlər. Hiperkarın ümumi yollarda istifadəsi nəzərdə tutulsa da, Nio EP9 modeli FİA LMP1 kateqoruyası üçün təyin edilmiş təhlükəsizlik standartlarına cavab verir. Bildiyimiz kimi, LMP1 kateqoriyasında “Le-Manın 24 saatı” marafonunun ən yüksək səviyyəli prototipləri çıxış edir.

Nio EP9 modelinin aerodinamikası 240 km/saat sürətində 2,5 ton yerə basma gücü təmin edir ki, bu da Formula 1 bolidlərində olduğundan iki dəfə çoxdur.  Avtomobil 2,53 G köndələninə və 3,3 G uzununa yüklənməyə davam gətirir. Hiperkar karbondan hazırlanmış monokoka, dörd elektromotora (hər təkərə bir mühərrik) və 45 dəqiqəyə doldurulan, səkkiz dəqiqiəyə dəyişdirilən iki litium-ion akkumulyatorlar dəstinə malikdir.

Nio EP9 modelinin çəkisi 1735 kiloqram təşkil edir. Yeni avtomobilin yürüş ehtiyatı 425 kilometrdir. Sıfırdan 100 km/saat həddinə hiperkar 2,7 saniyəyə sürətlənir.

Avtomobilin maksimal sürəti 312 km/saata bərabərdir. Çinlilər avtomobilin Nürburqrinqin “Şimal ilgəyini” 7 dəqiqə 512 saniyəyə qət etdiyini iddia edirlər. Bu elektrokarlar arasında TMH EV 001 prototipinin qeydə aldığı rekorddan 17 saniyə daha yeyin, Porsche 918 Spyder modelindən isə 8 saniyə yavaşdır. Nio EP9 hiperkarından cəmi altı ədəd istehsal ediləcəkdir.

Hiperkarın qiyməti elan edilməsə də, istehsalçı bir avtomobilin istehsal edilməsinin şirkətə 1,2 milyon dollara başa gəldiyini bildirmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt