Lüis Həmiltonun Silverstoundakı çıxışı cari mövsümün başlanğıcından bəri nümayiş etdirdiyi ən güclü çıxış idi. Hətta hansısa məqamda, yeddiqat dünya çempionunun nəinki Ferrari dueti ilə mübarizə aparmaq, həm də bu mübarizədən qalib çıxmaq üçün real şansının olduğu görünürdü.

Lüis 33-cü dövrəyə qədər startda taxdığı Medium təkərləri ilə davam etdi, Karlos Sayns 20-ci, Şarl Lekler isə 25-ci dövrədə pitə yollandılar. Məsafənin çox hissəsi artıq geridə qalsa da, Mercedes komandası risk edərək Soft təkərlərini taxmaq əvəzinə, Lüisin bolidini Hard təkərləri ilə trekə yollamağı üstünlük verdi.

Red Bull Racing komandasının başçısı Kristian Hornerin sözlərinə görə, bu yolla Brəkli komandası öz əli ilə təşəbbüsü rəqiblərinə vermiş oldu.

“Lüisin getməli olduğu dövrələrin sayını və şinlərin yeyilmə tempini nəzərə alsaq, ona Soft təkərlərinin verilməməsi məni xeyli təəccübləndirdi, – RBR rəhbəri jurnalistlərə bildirib. – O, 33-cü dövrədə Hard şinlərinə keçdi. Mən ona Soft təkərlərinin veriləcəyindən əmin idim, çünki bu onun həyatını xeyli asanlaşdıracaqdı. Belə bir hiss var ki, onlar bu anda qələbə qazanmaq fürsətini əldən verdilər”.

Horner Ferrari strateqlərini də yaddan çıxarmayıb. O, komandanın nədən əvvəlcə Saynzdən Şarl Lekleri irəli buraxmasını istədiklərini, sonra isə monakolunu köhnə təkərlərdə saxlayaraq, onu əlverişsiz vəziyyətə saldıqlarını başa düşmədiyini bildirib.

“Əlbəttə, hər komandanın öz yanaşması var”, - Kristian qeyd edib. “Ancaq mən başa düşə bilmirəm ki, niyə [təhlükəsizlik maşını girdikdən sonra] hər iki avtomobilin şinlərini eyni anda dəyişdirməyəsən və əgər birini dəyişdirirsənsə, o heç olmasa Şarl olmalı idi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.

Lüisin, əlbəttə ki, “havayı” pit-stopu var idi. Lider olduğunuz zaman, pitə girmək barədə qərar vermək əlbəttə ki, daha çətindir. Lakin Lüis bundan sonra trasda qalsaydı [və liderliyi ələ keçirsəydi] belə, onlar [Ferrari pilotları] yeni Soft şinləri sayəsində onu asanlıqla üstələyə bilərdilər”.