İlk Aventador LP700-4 modelinin buraxılmasından on il sonra, Lamborghini şirkəti bu modelin tarixindəki son nöqtəni qoyur. Mövcud superkarın son iterasiyası Aventador LP 780-4 Ultimae adlanır.

600 nüsxəlik tirajla buraxılacaq superkar, ekstremal SVJ versiyasından tutmuş zərif Aventador S modellərinə qədər olan ən yaxşı şeyləri özündə cəmləşdirəcəkdir. Aventador modelinin davamçısı 2022-2023-cü illərdə işıq üzü görməlidir. Şayiələrə görə, yeni superkar 12-silindrli mühərriki qorusa da, ancaq həmin mühərrik hibrid güc aqreqatının bir hissəsinə çevriləcəkdir.

Tam ötürməli Lamborghini Aventador LP 780-4 Ultimae modeli 780 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 atmosfer mühərriki ilə təchiz edilir. Bu, Aventador S modelində olduğundan 40, SVJ modelindəkindən isə 10 at qüvvəsi çoxdur.

Bundan başqa, kupe S indeksli superkardan 25 kiloqram yüngüldür, 100 km/saata (2,8 saniyə) sürətlənməyə görə isə, heç də Aventador SVJ modelindən geri qalmır. Maksimal sürət 355 km/saatdır, yəni SVJ ilə müqayisədə 5 km/saat daha çoxdur. Karbon-saxsı əyləc mexanizmləri sayəsində 100 km/saat sürəti ilə hərəkət edən superkarın tam dayanmasına 30 metr kifayət edir.

Aventador S modeli kimi, son Ultimae superkarı da tam idarəolunan şassini  alıb. Arxa təkərlərdəki aktuatorların fəaliyyəti yenidən tənzimlənmiş Lamborghini Dynamic Steering  sükan idarəetməsi ilə sıx bağlıdır - demək, sürücünün hərəkətlərinə reaksiya daha yeyin və daha kəskin olmalıdır.

Bundan əlavə, tam ötürmə sisteminin fəaliyyət məntiqinə (arxa oxa daha çox fırlanma anı gedə bilər) və trekşn-kontrola düzəlişlər edilib. Lakin hər şeyə əvvəlki kimi, real vaxt rejimində uzununa və köndələn sürətlənmələr barədə məlumat alan Lamborghini Dinamica Veicolo Attiva prosessorundan ibarət olan sistem nəzarət edir

Yeni superkar digər Aventador modellərindən ön oxa aerodinamik yükü artıran ön bamperin dizaynı ilə fərqlənir. Aktiv antiqanad üç mövqeyə malikdir və aerodinamik tarazlığı optimallaşdırmaq üçün, ön və arxa burulğan generatorları ilə birlikdə işləyir.

Hərəkət elektronikası dörd profilə malikdir: Strada, Sport, Corsa və fərdi tənzimlənə bilən Ego. Aventador LP 780-4 Ultimae alıcıları 18 standart kuzov rəngidən və ya Ad Personam fərdiləşdirmə proqramı vasitəsilə təklif olunan 300 əlavə rəng arasından seçim edə biləcəklər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

600 nüsxədən ibarət olan superkarın ümumi tirajı 350 kupe və 250 rodster arasında bölünəcəkdir. Standart olaraq, avtomobillər ön və arxa hissələrdə 20 və 21 düymlük Silver Dianthus döymə təkərləri, habelə eksteryer və interyerin karbon dekoru ilə təchiz ediləcəkdirlər.

Aventador LP 780-4 Ultimae modelinin nümayiş versiyaları olaraq, qırmızı Rosso Mimir vurğuları olan “boz üzərində boz” ikirəngli boyanma sxeminə malik olan kupe və parlaq laklanmış karbon damı olan Blu Tawaret və Blu Nethuns rənglərinə boyanmış rodster seçilib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.