Lamborghini şirkəti ilə Bolonyanın Qulielmo Markoni adına hava limanı (BLQ) əməkdaşlıqalarını yeniləyiblər. Tərəflər əməkdaşlığa 2013-cü ildə başlayıblar və səkkiz il ərzində italyan superkar istehsalçısı təyyarələri park yerlərinə və qapılara müşayiət etmək üçün altı avtomobili hava limanının administrasiyasına təhvil verib.

Yeddinci avtomobil üzərindən örtük bu gün götürülüb. Yeni müşayət avtomobili 5,2-litrlik V10 atmosfer mühərriki, yeddi pilləli LDF “robotu”, tam idarələnən şassisi və Lamborghini Centro Stile tərəfindən yaradılmış xüsusi livreyası olan Huracan Evo superkarıdır.

Tamötürməli Lamborghini Huracan Evo superkarını gələn ilin 7 yanvar tarixinədək müşayət avtomobili rolunda görmək mümkün olacaqdır. Sayrışan işıqları və livreyası istisna olmaqla, superkar adi Huracan Evo modelindən heç nə ilə fərqlənmir.

Xüsusi livreya  Lamborghini Centro Stile mərkəzinin dizaynerləri tərəfindən hazırlanıb və iki rəngdən ibarətdir: əsas yaşıl Verde Turbine Matt və aerodrom avadanlığının rəngini xatırladan narıncı Arancione Matt. Kapotun üzərində hava limanının loqosu və Follow Me in Our Beautiful Country (“Gözəl ölkəmizdə məni izləyin”) yazısı həkk edilib. Bu yazı qapılarda da təkrarlanır.

Image alt Image alt Image alt Image alt Image alt

Lamborghini Huracan Evo modeli 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 atmosfer mühərriki ilə hərəkətə gəlir. Superkar 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə 9,0 saniyəyə sürətlənir. Kupenin maksimal sürəti 325 km/saatdır.

Bolonya hava limanının Lamborghini loqosunu daşıyan əvvəlki müşayət avtomobili Huracan LP 580-2 superkarı olub. Arxa ötürməli superkar 580 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 atmosfer mühərriki ilə təchiz edilir. Lamborghini Huracan LP 580-2 modeli 100 km/saat həddinə 3.4 saniyəyə sürətlənir və 320 km/saatlıq maksimal sürət həddinə malikdir.