Lamborghini şirkəti Urus krossoverinin yeni xüsusi versiyasını – Urus Graphite Capsule modelini təqdim edib. Bu dəst müştərilərə eksteryer üçün nəzərdə tutulmuş 16 rəng birləşməsini, unikal opsiyaları və dekoru təklif edir. Lamborghini Urus Graphite Capsule modelinin Avropadakı satış qiyməti 186.134 avro təşkil edir.

"Qrafit" seriyasından olan krossoverlərin alıcılarına yalnız dörd kuzov çalarından seçmək təklif olunur. Qeyd etmək lazımdır ki, onların hamısı tutqun rənglidir. Bunlar ağ Bianco Monocerus, qara Nero Noctis və iki boz rəng - Grigio Nimbus və Grigio Keres rəngləridir. Bu rənglər bamperlər, kandarlar və arxa spoylerdəki seçilən haşiyələr ilə tamamlanır. Bunun üçün narıncı Arancio Leonis və Arancio Dryope, sarı Giallo Taurus və ya yaşıl Verde Scandal çalarlarından istifadə olunur.

Graphite Capsule seriyasından olan Urus krossoverləri nazik seçilən haşiyələri olan 23-düymlük Taigete təkər diskləri və buraxılış sisteminin“tünd xrom” ucluqları olan çıxış boruları ilə də təchiz olunurlar.

Krossoverin salonunda  anodlaşdırılmış alüminium və karbon liflindən hazırlanmış dekor və alkantara ilə üzlənmiş havalandırmalı oturacaqlar quraşdırılıb. Bu oturacaqlar adi Urus modellərində quraşdırılmır və yalnız Graphite Capsule və Pearl Capsule xəttindən olan krossoverlər üçün təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki dəyişikliklər barədə məlumat verillməyib. Bu, Urus Graphite Capsule modelinin kapotunun altına  650 at gücü və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərrikinin quraşdırıldığından xəbər verir. Mühərrik 8-pilləli “avtomat” və özükilidlənən mərkəzi Torsen differensialına əsaslanan tam ötürmə sistemi ilə birlikdə çalışır.