Lexus şirkəti hər il məhdud saylı LC 500 Inspiration xüsusi nəşrini təqdim edir. Bu dəfə də, yapon markası ənənələrinə sadiq qalaraq, karbondan dizayn elementləri və yenidən işlənmiş interyeri olan qara rəngli kupeni nümayiş etdirib. Əvvəlki nəşrlər kimi, yeni nəşr də 100 nüsxəlik tirajla buraxılacaqdır.

Yeni LC 500 Inspiration kupesi Dark Obsidian rənginə boyanıb. Qara kupenin dizaynını karbon damı və karbon lifi ilə möhkəmləndirilmiş plastikdən hazırlanmış arxa spoyler tamamlayır. Mühəndislərin bildirdiyinə görə, bu element Red Bull Air Race dünya çempionatında iştirak edən idman təyyarələrindən ilhamlanaraq hazırlanmışdır.

Yan tərəfləri yuvarlaqlaşdırılan antiqanadın quruluşu, hava axınlarının daha yaxşı idarə edilməsi sayəsində, avtomobilin aerodinamikasının yaxşılaşdırılmasına kömək edir. Məhdud sayda buraxılacaq Lexus LC 500 Inspiration kupesi 21-düymlük qara rəngli təkər diskləri ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Inspiration modelinin interyeri də qara rəngdə tərtibata malikdir. Xüsusi versiya qəhvəyi dəri işləmələrə malik olan qara alkantara ilə örtülmüş idman oturacaqları ilə təchiz edilir. Bundan başqa, yeni LC 500 Inspiration kupesinin salonunda karbon dekoru, qapı kartlarındakı qəhvəyi haşiyələri və qəhvəyi rəngli təhlükəsizlik kəmərlərini görmək olar. Məhdud saylı seriyadan olan kupe 13 dinamiki olan 915 vatt gücündə səs sistemi, Smart Access açar-kartı və seriyanın adı yazılmış lövhəcik ilə təchiz edilir.

Yeni LC 500 Inspiration modeli 471 at qüvvəsi və 539 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Güc qurğusu 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Arxa ötürməli kupe 100 km/saat həddini 4,4 saniyəyə toplayır. Məhdud sayda buraxılacaq eksklüziv kupenin qiyməti hələlik açıqlanmayıb.