Bu gün Lotus şirkəti Londonda Evija («Evaya» kimi oxunur) hiperkarını təqdim edib. Bu hiperkar britaniya markasının Geely konserninin himayəsi altına keçməsindən sonra hazırladığı ilk avtomobildir. Bundan başqa, hiperkar Evora modelinin 2008-ci ildə debüt etməsindən bəri təqdim olunmuş ilk Lotus modelidir.
Lotus Evija hiperkarı Williams Advanced Engineering mühəndislik şirkətinin dəstəyi ilə yaradılmış elektrik hiperkarıdır. Qeyd etmək lazımdır ki, Evija bu günə qədər buraxılmış ən güclü Lotus avtomobilidir: hər bir təkərdə kiçik planetar reduktoru olan 500 at qüvvəli elektromotor yerləşdirilib. Nəticədə, güc qurğusunun ümumi hasilatı 2000 at qüvvəsi və 1700 Nm təşkil edir. Mühərrik və inventorları Integral Powertrain Ltd firması istehsal edir.
Lotus Evija bu markanın sportkarlarına xas olan ortamühərrikli silueti qoruyub-saxlayıb. Lakin, oturacaqların arxasında mühərrrikin əvəzinə ağır akkumulyator yerləşdirilib ki, bu da çəkinin oxlar arasında ideal şəkildə bölünməsini təmin edir. 70 kilovat-saatlıq litium-ion batareyasının soyudulmasına dörd radiator cavabdehdir. İstehsalçı bu sistemin hiperkara trekdə döyüş rejimində yeddi dəqiqə dövrə vurmağa imkan verəcəyini bildirib. Yükləmə qurğusu 800 kilovata hesablanıb, bundan başqa, boşalmış batareyanın yeyin şəkildə dolusu ilə əvəzləmək olar.
Qeyd etmək lazımdır ki, ən güclü Evija eyni zamanda ən ağır Lotus modelidir. Hiperkarın çəkisi 1860 kq bərabərdir. Bununla belə, avtomobilin karbon monokoku 129 kq çəkiyə malikdir. Monokokun istehsalı Modenada yerləşən CPC firmasına həvalə edilib. Mühəndislər hiperkarın aerodinamikası üzərində ciddi şəkildə işləyiblər. Avtomobil yan güzgüləri əvəz edən kameralara və hücum bucağı tənzimlənən qalxan arxa spoylerə sahib olub.
Bundan başqa, Lotus mühəndisləri hiperkarı keçən əsrin 70-ci illərində yarış avtomobillərində istifadə edilən Venturi tunelləri ilə təchiz ediblər. İtallyan fiziki Covanni Venturinin şərəfinə adlandırılan effekti təmin edən bu tunellər, avtomobilin arxa hissəsində aşağı təzyiqi olan seyrək hava zonasını təmin edirlər.
Lotus Evija modeli AP Racing əyləclərinə, Pirelli Trofeo R şinlərinə və 105 mm klirensə sahibdir. Hərəkət elektronikası beş rejimə malikdir: City, Tour, Sport, Track və Eco. Son rejimdə kupe dolu batareya ilə 400 km qət edir. Hiperkarın təchizatına klimat-kontrol, mediasistem və Osram lazer-lüminofor fənərləri daxil edilib. Bu fənərlər həm uzaq, həm də yaxın işıq rejimində çalışırlar.
İstehsalçı hiperkarın dinamik göstəricilərini açıqlamayıb. Dinamik testlər hələlik aparılmayıb. Hesablamalara görə, Lotus Evija yerindən 100 km/saat həddinə üç saniyədən az müddətə, 200 km/saata - altı saniyəyə, 300 km/saata isə doqquz saniyəyə sürətlənməlidir. Onun maksimal sürəti 320 km/saat olmalıdır.
Hiperkarlar Lotus şirkətinin Heteldəki əsas müəssisəsində istehsal olunacaqdırlar. Lotus Evija modelini almaq istəyənlər 1,7 milyon funt sterlinq ayırmalıdırlar. Modelin tirajı 130 ədəd olacaqdır. İlk avtomobillər sifarişçilərə 2020-ci ildə çatdırılacaqdırlar. Evija Lotus şirkəıti üçün yeni eranın başlanğıcı olmalıdır. Britaniya markası hiperkarın ardınca yeni kütləvi modelləri təqdim etməlidir.