Geely konserninə məxsus olan Lynk&Co markası daha bir krossoveri təqdim edib. Çində satılacaq krossover 06 adlanır. Adının böyük səslənməsinə baxmayaraq, yeni model Çin markasının model xəttindəki 01 və 02 modellərindən bir pillə aşağıda duran ən yığcam avtomobilidir.

Lynk&Co 06 modelinin uzunluğu 4340 millimetr, eni - 1820 millimetr, hündürlüyü isə 1625 millimetrdir. Yeni krossoverin oxları arasındakı məsafə 2540 millimetr təşkil edir. Yeni model Lynk&Co markasının avtomobillərinə məxsus olan dizayn üslubunda eksteryer tərtibatına malikdir. Ön və arxa fənərlər, həmçinin kuzovun arxa dayağı digər modellər ilə eynidir. 

Daha iri Lynk&Co 01 və 02 modelləri ilə bənzərlik daşımasına baxmayaraq, 06 krossoveri daha idmansayağı və qıvraq görünür. Bunun əsas səbəbi kuzov nisbətləri, həmçinin radiator barmaqlığına, dama və təkər disklərinə vurulmuş narıncı haşiyələrdir. Krossoverin interyeri də rəqəmsal cihazlar paneli və iri mərkəzi displey sayəsində daha müasir görünür.

Lynk&Co 06 modelinin opsional avadanlıqlar siyahısına arxa görüntü kamerası, arxa parktroniq sensorları, duman əleyhinə fənərlər, adaptiv kruiz-kontrol, panorama tavan və bir sıra digər avadanlıqlar daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

06 krossoveri iki mühərrik ilə təklif ediləcəkdir. Bunlardan birincisi 177 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edıən 1,5-litrlik üçsilindrli turbomühərrikdir. Bu aqreqat 7-pilləli iki muftalı robot ilə tandemdə çalışır.

Sonradan 06 krossoverini 190 at qüvvəli hibrid güc qurğusu ilə də təchiz edəcəkdirlər. Hibrid qurğunun tərkibinə 1,5-litrlik turbomühərrik, 60 kilovatlıq elektromotor və batareya daxil ediləcəkdir.