Geely holdinqinə məxsus olan Lynk&Co markası 05 adlı yeni modeli təqdim edib. Məlumdur ki, çin istehsalçısı hazırda 01, 02 və 03 modellərini təklif edir. Məntiqə görə, dördüncü model 04 olmalı idi, lakin çinlilərin bu rəqəmdən çox qorxurlar. Səbəb isə 4 rəqəminin çin dilində “ölüm” kimi səslənməsidir.

Əslində yeni model Lynk&Co 01 krossoverinin kupeşəkilli versiyasıdır. Lakin, iki avtomobil arasında fərqlər də mövcuddur, çünki yeni modeldə çin markasının ən qabaqcıl texnologiyalarından istifadə edilib. Sonradan bu texnologiyalar 01 modelində də tətbiq ediləcəkdirlər.

Beləliklə, kupe-kross donorundan 80 mm uzun (4592 mm) və 61 mm (1628 mm) alçaqdır. Bundan başqa, kupe-kross adi krossoverdən ön tərəfin dizaynı ilə də seçilir. 05 modeli daha yığcam ön fənərlərə, nazik formalı radiator barmaqlığına, dizaynı dəyişdirilmiş bamperə və güzgü gövdələrinə sahib olub. Kupe-krossun top versiyası 20-düymlük təkər disklərinə malikdir. Lynk&Co 01 modelində ən iri diskin ölçüsü 19 düym təşkil edir.

Lynk&Co 05 modelinin interyeri isə tamamilə yenidir və onun dizaynında asimmetriya effekti daha da gücləndirilibdir. Ön paneldəki ekranlar da iri ölçülərə malik olublar: cihazlar paneli 12,3-düymlük, mərkəzi konsoldakı sensorlu displey isə 12,7 düymlük ölçüyə malik olublar.  İqlim sisteminin bəzi funksiyaları mediasistemə həvalə edilib, adi düymələrin sayı isə radikal şəkildə azaldılıbdır. Bundan başqa, ön paneldə proyeksiya displeyi də quraşdırılıbdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bahalı versiyaların təchizatına dəri salon, ön oturacaqların və beşinci qapının elektrik ötürməsi, panoram tavan və digər avadanlıqlar daxildir. Adaptiv kruiz-kontrol daxil olmaqla elektron yardımçılar kompleksi də mövcuddur.

Çin markasının digər modelləri kimi, Lynk&Co 05 modeli də Geely və Volvo şirkətlərinin birgə hazırladığı CMA modul platformasında inşa edilib. 05 modeli 190 at qüvvəli 2,0-litrlik Drive-E turbömühərriki və 8-pilləli Aisin “avtomatı” ilə təchiz ediləcəkdir. Sonradan 1,5-litrlik mühərrikin əsasında yaradılmış hibrid qurğuya malik olan versiyalar da təklif ediləcəkdirlər.

 Lynk&Co 05 modeli çin markasının model xəttində olan ən bahalı avtomobil olacaqdır. Yeni modelin Çindəki satışlarına gələn ilin yazında başlanacaqdır.