Mercedes-AMG bölməsi yeni nəsil CLA 35 4Matic Shooting Brake modelini təqdim edib. Texniki cəhətdən şutinq-breyk bir müddət bundan öncə debüt etmiş sedandan fərqlənmir.

Mercedes-AMG CLA 35 Shooting Brake adi şutinq-brekdən burulmaya qarşı sərtliyi artırılmış kuzovu ilə seçilir. Avtomobilin ön hissəsində iki diaqonal tir, mühərrikin altında isə alüminiumdan panel quraşdırılıb. Avtomobilin asqısındakı qollar, yaylar və amortizatorlar dəyişdirilib. Əlavə ödənişlə elektronika ilə idarələnən amortizatorları da sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Modelin kapotunun altında 306 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik yerləşir. Güc aqreqatı yeddi pilləli DCT «robotu» və fırlanma anının 50 faizini arxa oxa ötürə bilən 4Matic tam ötürməsi ilə tandemdə çalışır. Mercedes-AMG CLA 35 Shooting Brake 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Şutinq-breykin maksimal sürəti 250 km/saatdır.

Universal öndə 350 millimetrlik diskləri və dördporşenli supportları, arxada isə 330 millimetrlik diskləri və birporşenli üzən supportu olan əyləc mexanizmləri ilə təchiz edilir. Modelin təchizatına MBUX multimedia sistemi, yeni AMG sükan çarxı, süni dəri və mikrofibra ilə örtülmüş idman oturacaqları və beş iş rejimi - Slippery, Comfort, Sport, Sport+ və Individual, - olan selektor daxildir.