Bir çox Mercedes-Benz, Mercedes-AMG və Mercedes-Maybach modellərinin dizaynının yaradılmasında xidməti olan Mercedes-Benz Group şirkətinin baş dizayneri Qordon Vaqener bu dəfə dəbli aksesuarlar istehsalçısı ilə birlikdə çalışıb.

O, rəssamlarından ibarət olan komanda ilə birlikdə The Creator adlı günəş eynəklərini yaradıb. Dəbli dizayn ilə yanaşı,eynəklərin  konstruksiyasında Maybach Icons of Luxury brendinin məhsullarına xas olan bahalı materiallardan istifadə edilir.

Eynəyin sağanağının dizaynı Maybach emblemini və bu subbrendə məxsus olan avtomobillərin radiator barmaqlığının naxışını özündə əks etdirir. Eynəklər əl işidir və hər bir cütün yığılması 200 addımdan ibarətdir - bu addımların gedişatında ayrı-ayrı elementlərdən hazır aksesuar alınır.

The Creator eynəklərinin versiyasından asılı olaraq onları ya 22 karatlıq qızıl, ya çəhrayı qızıl və ya da platinlə örtülmüş titandan hazırlanırlar. Eynəklərin unikal xüsusiyyətlərindəən biri onların konstruksiyasında əsl buynuzdan istifadə edilməsidir. Bu materialı 1978-ci ildən heyvan buynuzları ilə işləyən IVKO şirkəti təmin edir. Eynək üçün Asiya su camışının buynuzundan istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

The Creator eynəyi sağanaq dizaynı, tərtibat materialı və linzaların rəngi ilə fərqlənən 10 versiyada bazara çıxacaqdır. Bundan asılı olaraq qiymət də dəyişir - 2 880-dən 3 590 dollara qədər. Yeni eynəkləri Maybach Icons of Luxury butiklərində satışa çıxaracaqlar. Xatırladaq ki, dünya üzrə 10 belə butik mövcuddur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.