Mercedes-Benz şirkəti elektrik güc qurğusu ilə təchiz edilmiş EQV minivenini Şimal qütbündə yerləşən sınaq poliqonuna göndərib. Mütəxəssislər yeni minivenin ekstremal aşağı tempoeraturlarda özünü necə apardığı maraqlandırıdı.

Alman istehsalçısı tərəfindən dünyanınn ilk premium elektrik miniveni kimi səciyyələndirilən EQV modeli bu ilin ortalarında satışa çıxmalıdır. Mercedes-Benz V-Class modelinin bazasında inşa edilmiş elektroven, 100 kilovat-saat tutumu olan batareya, 204 at qüvvəsi hasil edən elektrik mühərriki ilə təchiz olunub. Dolu batareya ilə, EQV elektroveni 400 kilometr qət etmək iqtidarındadır. Minivenin maksimal sürəti isə 160 km/saata çatır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

İsveçdəki sınaqlar zamanı mütəxəssislər soyuğun elektromobilin elektrik güc qurğusuna necə təsir etdiyini, həmçinin avtomobilin buzlu və qarlı yollarda necə davrandığını yoxlayıblar. Bundan əlavə, EQV modelinin batareyasının 80 faizini 45 dəqiqə ərzində doldurmağa imkan verən sürətli doldurma qurğusunu da sınayıblar.

İlkin məlumatlara görə, qısa bazalı Mercedes-Benz EQV modeli Avropada təxminən 70 min avroya satılacaqdır. Xatırladaq ki, minivenin baza versiyası sayılan Mercedes-Benz V 200d modeli 37 min avrodan başlayan qiymətlərlə satılır. Bu isə,elektrovenin adi vendən iki dəfə baha olduğu anlamına gəlir.