2018-ci ildə satışa çıxarılan cari nəsil Mercedes-Benz GLE və GLE Coupé krossoverləri planlaşdırılmış yenilənmədən keçiblər. Modellər eksteryer və interyer tərtibatındakı müəyyən dəyişiklikləri və yeni texnologiyaları əldə ediblər.

Onların mühərrik çeşidi də tamamilə elektrikləşdirilib: çeşidə həm “yumşaq”, həm də plagin hibrid qurğuları daxildir. Əksər versiyaların gücü artırılıb, lakin ən nəzərəçarpan artım GLE 400 e modelində olub. AMG GLE 53 versiyasının da fırlanma anı bir qədər artırılıb.

GLE və GLE Coupé modellərinin eksteryerini bir qədər təzələyiblər. Radiator barmaqlığındakı üfüqi xrom çubuqlara xrom kvadratlar quraşdırılıb, hava girişləri isə iri "qabırğaları" alıblar. Bütün bunlar yenilənmiş versiyaların başlıca seçilən xüsusiyyətləridir.

Optika əvvəlki formasını saxlasa da, yeni işıq elementlərinə sahib olub. Kuzovun rəng palitrasına bir neçə yeni çalar daxil edilib. Adi GLE modelləri üçün aerodinamik cəhətdən optimallaşdırılmış 19 və 20 düymlük təkər diskləri təklif edilir. Hazırda Coupé versiyası üçün standart olan AMG Line paketinə 21-düymlük təkər diskləri daxildir.

Yeni sükan çarxının qollarında mərkəzi taçskrini və rəqəmsal cihazlar panelini idarə etməyə imkan verən sensorlu düymələr quraşdırılıb. Havalandırma deflektorlarının əvvəllər qara rəngdə olan çərçivələri indi Mercedes-Maybach GLS modelində olduğu kimi əsl metaldan hazırlanırlar.

Bundan başqa, əvvəllər Maybach modelləri üçün eksklüziv olan Piano Black Flowing Lines tərtibatı da GLE modelləri üçün əlçatandır. Yenilənmiş krossoverlər ən son nəsil MBUX multimedia sistemi ilə təchiz edilisələr də, hər iki ekranın ölçüsü eyni qalır - 12,3 düym.

Mercedes-Benz mühəndisləri altlığın müdafiəsini ehtiva edən və klirensi 30 millimetr artıran Off-Road Engineering Package paketini yenidən işləyiblər. Yenilənmiş modellərin arsenalında mərkəzi displeydə sükan çarxının dönmə və kuzovun yana əyilmə bucaqlarını, ön təkərlərin istiqamətini əks etdirən ofroud rejimi var. “Şəffaf kapot” funksiyası əlavə edildikdə isə, displeydə avtomobilin ön tərəfindəki yol səthi də göstərilir. Qoşqu ilə manevri asanlaşdıran yeni köməkçilər də peyda olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverlərin mühərrik çeşidinə 48 voltluq sistemi və quraşdırılmış startyor-generatoru olan “yumşaq” hibridlər, həmçinin dördüncü nəsil plagin hibridlər daxildir. GLE 400 e 4Matic versiyasındakı 2,0-litrlik dördsilindrli mühərrik, 136 at qüvvəli elektromotor ilə birlikdə 380 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Belə hibrid sıfırdan 100 km/saata 6,1 saniyəyə sürətlənir.

Mercedes-AMG GLE 53 və 63 S versiyaları adi krossoverlər ilə eyni zahiri təkmilləşdirmələri alıblar, lakin əvvəlki güclərini qoruyub saxlayıblar. Bununla belə, AMG GLE 53 versiyasında fırlanma anında cüzi artım var - 520-dən 560 Nm-ə qədər. Mühərrik indi əmrlərə daha yeyin cavab verir, 100 km/saata sürətlənmə vaxtı isə, 5,3-dən düz beş saniyəyə endirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ən “bərkgedən” AMG GLE 63 S versiyası əvvəlki kimi 612 at qüvvəli 4,0-litrlik V8 turbomühərriki ilə təchiz olunur. Bundan əlavə, avadanlıqların genişləndirilmiş siyahısına multikonturlu oturacaqlar, proyeksiya displeyi, temperaturu tənzimləmə funksiyasına malik olan stəkanaltılar və ön qapılar açıldıqda loqotipin yol səthinə proyeksiyası funksiyası daxildir.

GLE və GLE Coupé modelləri ABŞ-ın Tuskaluza şəhərindəki Mercedes-Benz zavodunda istehsal edilirlər. Yenilənmiş avtomobillərin dilerlərə çatdırılmalarına 2023-cü ilin iyulunda başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.