Mercedes-Benz şirkəti bu gün təqdim ediləcək yeni Mercedes-Maybach S-Class modelinin ilk rəsmi şəkilini dərc edib. Tizerdə ayırıcı xətti olan ağ-qara rəngli kuzov və arxa dayaqda bərkidilən loqotip əks olunur.

Yeni nəsil Mercedes-Benz S-Class modelinin ən dəbdəbəli versiyası "standart" sedanla müqayisədə 18 santimetr artırılmış təkər bazasına sahib olacaqdır. Beləliklə, yeni sedanın oxları arasındakı məsafə 3396 millimetrə çatacaqdır – bu, cari Maybach sedanında olduğundan 31 millimetr çoxdur.

Mercedes-Benz şirkətindən, əlavə uzunluğun daha çox ayaq zonasındakı məkana təsir edəcəyini və arxa oturacaqların sərnişinlərin rahatlığına xidmət göstərəcəyini bildiriblər. Salonun arxa hissəsində baldırların masajı funksiyasına, qızdırılan baş və boyun bölgələrinə sahib fərdi oturacaqlar quraşdırlacaqdır. Salonun arxa hissəsini rahat iş yerinə çevirəcək “fərdi sürücü” paketi də təklif ediləcəkdir.

Tizerdə göstərilən ikirəngli  ağ-qara boyama sxemi opsional olaraq təklif ediləcəkdir. Ön oturacaqların arxa hissəsi və arxa sərnişinlərin oturacaqları arasındakı məkan əsl ağacla örtüləcəkdir. Yeni nəsil Mercedes-Maybach S-Class modeli 630 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edən, 6.0-litrlik V12 biturbo mühərriki ilə təchiz ediləcəkdir.