Renault-Nissan-Mitsubishi alyansının yeni strategiyasında Mitsubishi şirkətinə ən təvazökar rola malikdir. Mitsubishi indi ittifaqın Cənub-Şərqi Asiya, Avstraliya və Yeni Zelandiyadakı işlərinə cavabdehdir və texnologiya baxımından ona yalnız doldurulan hibridlərin inkişafı istiqaməti verilib. Artıq Mitsubishi şirkətinin AB bazarındakı varlığını azalda və hətta bu bazardan çıxa biləcəyi ilə bağlı şayiələr dolaşır.

Bununla birlikdə şirkət ABŞ bazarını tərk etmək niyyətində deyil. Bu günlərdə yapon markası Şimali Amerika bazar üçün nəzərdə tutduğu yeni inkişafı planını dərc edib.

Mitsubishi Engelberg Tourer

Amerika Birləşmiş Ştatlardakı yaxın zamanda təqdim ediləcək yeniliklər artıq digər ölkələrdə çoxdan təqdim edilmiş modellər olacaqdır - bunlar, modernləşdirilmiş Outlander PHEV hibridi və yenilənmiş Mirage subkompaktlar ailəsidir. 

Üstəlik, payızda digər ölkələrdə ASX adı ilə tanınan Mitsubishi Outlander Sport krossoveri payızda kiçik dəyişikliklərə məruz qalacaqdır. 2021-ci ilin ilk rübündə yenilənmiş Mitsubishi Eclipse Cross krossoveri təqdim ediləcəkdir. Bu model 2017-ci ilin əvvəlində debüt edib, odur ki, qarşıdan gələn restaylinq Eclipse Cross üçün ilk olacaqdır. Yenilənmiş krossover markanın son dizayn üslubunda dizayna malik olan ön və arxa hissəyə, yenidən tərtib edilmiş interyerə və yeni multimedia sisteminə sahib olmalıdır.  

Mitsubishi Eclipse Cross

Nəhayət, yeni nəsil Mitsubishi Outlander krossoverinin dünya təqdimatı 2021-ci ilin əvvəlinə planlaşdırılır. Onun carçısı kimi, 2019-cu ilin yazında Cenevrə avtosalonunda debüt edən Mitsubishi Engelberg Tourer konsepti olub. Texniki cəhətdən yeni krossover artıq təqdim olunmuş Nissan Rogue modelinə bənzər olacaqdır. 

Mitsubishi şirkəti yeni Outlander krossoverinin cari modeldən daha iri və sanballı olacağını, eyni zamanda Amerika bazarında ən sakit və zəngin təchizata malik olan Mitsubishi avtomobili olacağını vəd edib. Yeni modelin ABŞ-dakı satışlarının başlaması gələn ilin ikinci rübünə planlaşdırılıb.  Böyük ehtimalla, digər ölkələrdə də yeni Outlander modeli ABŞ-la eyni zamanda  debüt edəcəkdir.