Bentley bu avtomobili dördüncü nəsil Continental GT kimi mövqeləndirir, lakin hazırki Continental modelinin kuzovunu yüngül kamuflyajın altında gizlətmək mümkün deyil: o, yan tərəfin xarakterik relyefinə və qapılardakı tanış üçbucaqlı yan şüşələndirməyə malikdir.

Beləliklə, yeni kupe yalnız nominal olacaq, mahiyyətcə yeni kupe bu günə qədər hətta restaylinqdən keçməyən 2017-ci ildə debüt etmiş modelin modernləşdirilməsidir.

Yeni Continental GT adi “dördgözlü” optikanın əvəzinə “kirpikləri” olan yeni oval ön fənərlərə malikdir. Arxa fənərlər o qədər də dəyişməyib, lakin onlar bir qədər nazikləşiblər ki, bu da arxa hissəni vizual olaraq genişləndirir. Əlbəttə ki, ön və arxa bamperlər dəyişdirilib, üstəlik, buraxılış sisteminin çıxış borularının formasına yenidən baxılıb.

İki turbokompressorlu V8 mühərrikdən və ötürmələr qutusuna quraşdırılmış elektrik mühərrikindən ibarət olan Ultra Performance Hybrid güc qurğusu 782 at qüvvəsi və 1000 Nm hasil edir.

 Adi Continental modellərində 659 at qüvvəsi və 900 Nm hasil edən daha təvazökar versiyadan istifadə olunsa da, belə göstəricilər 6,0-litrlik W12 mühərrikinin (750 at qüvvəsi, 1000 Nm) ən gücləndirilmiş versiyası ilə müqayisə edilə bilər.

Tutumu açıqlanmayan dartma batareyası sirf elektrik ötürməsi ilə 80 kilometrə qədər yürüş məsafəsini təmin edəcək. Beləliklə, nominal yanacaq sərfiyyatı 100 kilometrə 2,2 litr səviyyəsində olmalıdır.

Image alt Image alt Image alt Image alt

Yeni Bentley Continental GT kupesi idarələnən dartma vektoru olan tam ötürməni (əvvəllər yalnız GT Speed versiyasında elektron idarə olunan differensial kilid var idi), tam idarə olunan şassini və 48 voltluq aktuatorları olan aktiv stabilizatorları alacaq.

Bütün bunlar indi də mövcuddur, lakin əsas yenilik ayrica sıxılma və geri oturtma klapanları olan amortizatorlardır. Avtomobilin təqdimatı iyun ayına planlaşdırılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.