Audi şirkəti Berlin beynəlxalq kino festivalı çərçivəsində avtonom idarə etmə sistemi ilə təchiz edilmiş «avtonom VİP-taksi» avtomobilini təqdim etmişdir. Pilotsuz avtomobil Audi A8 L W12 flaqman modelinin əsasında yaradılmışdir. Belə ki, avtomobil səbrəst şəkildə aktyor Daniel Brülü rəfiqəsi ilə birlikdə onun evindən götürərək, Podstam meydanında yerləşən teatrın qırmızı xalısına kimi gətirmişdir. Avtomobil bir sıra verici və kameralarınverdiyi məlumatları Berlinin yüksək dəqiqlikdə xəritəsi ilə müqayisə edərək məkanda istiqamət almışdır. Audi mütəxəssiləri süni intellekti maksimal rəvan kürətlənməyi və əylənməyi təmin etmək üçün tənzimləmişlər. Səfərdən sonra Brül həqiqətən də avtomobilin yumşaq hərəkət etməsini və «hər şeyi ideal qaydada həyata keçirdiyini» qeyd etmişdir.
«Biz artıq sübut etmişik ki, avtomobilimizi sərbəst olaraq trekə və avtobana buraxa bilərik. İndi isə biz çətin şəhər şəraitində Berlinaleyə səfəri maksimal asanlıqla həyata keçirdik», - söyləyən Audi şirkətinin mühəndisi Ştefan Knirş, aparılmış təcrübənin nəticələrindən məmnun qaldığını bildirmişdirmişdir.
Xatırladaq ki, 2014-cü ildə bavariyalı istehsalçı «dünyanın ən sürətli pilotsuz avtomibili» adlandırdığı Audi RS7 Sportback modelinin bazasında yaradılmış avtonom avtomobilini təqdim etmişdir. Məkanda, bir-birindən asılı olmayan GPS qurğusunun və 3D-kameraların köməyi ilə istiqamətlənən avtomobilin ilk sınaqları Hokkenhaym trekində aparılmışdır. Bu sınaq zamanı avtomobil 240 km/saat həddinə kimi sürətilənmişdir. Sonradan Audi avtomobili təkmilləşdirərək, onun çəkisinin 400 kiloqram azalmasına nail ola bilmişdir.
Bundan əlavə, 2015-ci ildə avtonom idarəetmə sistemi ilə təchiz edilmiş Audi A7 Sportback modeli ABŞ-dakı Silikon vadisindən Las-Veqas şəhərinə kimi olan 900 kilometrlik məsafəni sərbəst şəkildə qət etmişdir.