Porsche şirkəti Panamera hetçbekinin yeni nəslini rəsmi olaraq dünən Berlində keçirilmiş xüsusi tədbirdə təqdim etmişdir. Yeni Porsche Panamera modeli tam idarələnən şassini, yana əyilmələri önləyən sistemi və səkkiz pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusunu (PDK II) əldə etmişdir.

Panamera modelinin qabarit uzunluğu 5049 millimetr , eni – 1937 millimetr, hündülüyü – 1423 millimetrə, təkər bazası isə 2950 millimetrə bərabərdir. Beləliklə, yeni hetçbek sələfinə nisbətən 34 millimetr uzun,  6 millimetr enli və beş millimetr hündürdür. Təkər bazasının ölçüsünə görə yeni model əvvəlkini 30 millimetr üstələyir. Porsche mütəxəssisləri  avtomobilin ön öxunu irəli çəkərək qabaq çıxıntını azaltmışdırlar. Bunun əksinə olaraq axtomobilin arxa çıxıntısı artırılmışdır.

Avtomobil tamamilə yeni salona malikdir. Cihazlar paneli artıq aralarında ənənəvi analoq taxometri yerləşdirilmiş iki yeddi düymlük displeydən ibarətdir. Mərkəzi konsolun yuxarı hissəsində Porsche Connect və Apple CarPlay sistemini dəstəkləyən multimedia kompleksinin 12.3-düymlük sensorlu ekranı yerləşdirilmişdir.

Porsche Connect sistemi smartfon vasitəsilə avtomobilin bir sıra funksiyalarından istifadə etmək imkanı yaradır.

Mərkəzi konsolda yerləşən PDK sürətlər qutusunun elektron dəstəyinin ətrafında yerləşən düymələrin əksər hissə sensorlu olmuşdur. Hətta, mərkəzi deflektorlar da xüsusi elektron düymələrin köməyi ilə elektrik ötürməsi ilə tənzimlənir.  Arxa sərnişinlər üçün isə, opsional klimat-kontrol və multimedia kompleksin idarəedilməsi üçün  sensorlu paneli nəzərdə tutlmuşdur.

Yeni Porsche Panamera idarəedilən arxa təkərlərlə, yeni elektomexanik sükan idarəetməsi, üçkameralı pnevmoasqı və daha effektiv əyləclərlə təchiz edilmişdir.

Yeni hetçbek tamamilə işıqdiodlarından hazırlanmış martisa tipli ön fənərlərlə və insanları və iri heyvanları aşkar edərək sürücünü ön paneldəki xüsusi simvolla xəbərdar edən gecə görüntü sistemi ilə də təchiz edilir. Bundan əlavə, avtomobilin standart təchizatıan elektrik ötürməsi ilə idarə olunan baqaj bölümünün qapağı da daxildir ki, bu qapada da aktiv spoyler quraşdırılmışdır. Bundan əlavə, LED-fənərlər qısa olaraq, yaxın işıqların fəaliyyət dairəsindən kənarda olan insanları işıqlandıracaqdır.

Adaptiv kruiz-kontrol sustemi naviqasiya sisteminin məlumatları, radar və kameraların  əsasında, yaxın üç kilometr üçün nə zaman lazımi ötürməni işə slmaq, nə zaman sürətlənmək və ya əylənmək, hətta, yanacağa qənaət üçün gillətmə ilə getmək barədə hesablamalar aparacaqdır.

Bununla belə, elektronika avtomatik olaraq döngələri, yolun mailliyini və sürət məhdudiyyətlərini nəzərə alacaqdır.

Porsche Panamera Turbo, 4S və 4S Diesel variantlarında təklif ediləcəkdir ki, bu modellərdə birbaşa çiləməli üç yeni buturbo mühərriklə təchiz ediləcəkdirlər. Dizel aqreqatı da daxil olmaqla, bütün mühərriklər tam ötürməli çəkiş sistemi və səkkiz pilləli “robotla” birgə çalışacaqdırlar.

Porsche Panamera Turbo  550 at qüvvəsi gücü və 770 Nm fırlanma anı olan səkkiz silindirli mühərriklə təchiz edilir ki, bu aqreqat  Sport Chrono dəsti ilə təchiz edilmiş hetçbeki 100 km/saat həddinə 3,6 saniyəyə sürətləndirir.  Modelin maksimal sürəti 306 km/saatdır.

Panamera S modeli 2,9-litrlik V6 mühərriki ilə hərəkətə gəlir ki, bu mühərrik də 440 at qüvvəsi gücə və 550 Nm fırlanma anına malikdir. Yeni mühərrik əvvəlkinə nisbətən 20 at qüvvəsi daha güclüdür. Bu model 100 km/saat  həddinə 4,2 saniyəyə sürətlənir və 289 km/saat maksimal sürətə malikdir.

Dizel mühərriki ilə təchiz edilmiş Panamera modeli 422 at qüvvəsinə və 850 Nm fırlanma anəna malikdir. Porsche Panamera 4S Diesel modeli 100 km/saat həddinə 4,3 saniyəyə sürətlənir. Avtomobilin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 6,8 litr təşkil edir.

Yeni Porsche Panamera modelinin Azərbaycan bazarındakı satışlarına payızda başlanacaqdır.  

Avtomobilin qiyməti satışların başlanmasına yaxın məlum olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt