BMW şirkəti M5 sedanının Competition Edition adlanan xüsusi modifikasiyasını təqdim etmişdir. “Qaynar” sedan 600 at qüvvəsi gücü olan mühərriklə təchiz edilir. “Autocar” dərgisinin qeyd etdiyinə görə, xüsusi seriya cari nəsil “bərkgedən” sedanın vida variantıdır.

M5 Competition Edition sedanı standart modeldə quraşdırılan 4,4-litrlik benzin turbomühərriki ilə təchiz edilmişdir. Bununla belə, xüsusi seriyaya quraşdırılan mühərrik yeni idarəetmə blokunu və üfürmənin artırılmış təzyiqi ilə təchiz edilmişdir.

Bunun nəticəsində mühərrikin gücü 560 at qüvvəsindən 600 at qüvvəsinə, fırlanma anı isə 680 Nm-dən 700 Nm-ə qədər artırılmışdır. Sportsedanın mühərriki yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birlikdə çalışır.

Yerindən 100 km/saat həddinə BMW M5 Competition Edition modeli 3,9 saniyəyə sürətlənir. Sedanın maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Bununla belə, əlavə ödəniş etməklə bu məhdudiyyəti 305 km/saata qədər çəkmək mümkündür.

Bundan başqa, “qaynar” sedan azaldılmış klirensi, xüsusi yayları, amortizator və stabilizatorları, həmçinin aktiv differensialın digər tənzimini, yenidən tənizmlənmiş sükan idarəetməsini və sabitləşdirmə sisteminin dəyişdirilmiş alqoritmini əldə etmişdir. Alman istehsalçı BMW M5 Competition Edition modelindən cəmi 200 nüsxə buraxmaq niyyətindədir. Bu avtomobillərdən 100 ədədi qara rəngə, digər yarısı isə ağ rəngə boyanacaqdır. Avtomobil həmçinin 20-düymülük təkər diskləri və M Performance kolleksiyasından olan elementlərlə təchiz ediləcəkdir.

Bunların sırasında karbondan hazırlanmış diffuzor, baqaj bölümünün qapağında quraşdırılmış spoiler və yan güzgülərin gövdəsi daxildir.  

Xüsusi M5 modelinin interyerinin tərtibatında karbondan olan dekorativ elementlərdən istifadə edilmişdir. Bundan əlavə, hər bir avtomobildə onun xüsusi seriyadan olmasını təsdiq edən «M5 Competition 1/200» yazısı olan xüsusi lövhəcik quraşdırılacaqdır. BMW M5 Competition Edition modelinin təchizatına elektriklə tənzimlənən ön oturacaqlar, proyeksiya displeyi, oturacaqların qızdırılması, zolaqlara nəzarət sistemi, həmçinin 1200 vatt gücü olan Bang&Olufsen audiosistemi daxildir. Əvalə avadanlıq siyahısına karbon-saxsı əyləc mexanizmləri də daxildir. Avtomobilin satış qiyməti 129500 avro təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt