Jeep şirkəti Compass və Patriot modellərini əvəz edəcək kompakt ofroderi təqdim etmişdir. Fotoşəkillərdə gördüyünüz yığcam ofroder Jeep Compass adlandırılacaqdır və gələn il keçiriləcək Los-Anjeles beynəlxalq avtomobil sərgisində geniş kütləyə təqdim ediləcəkdir.

İlk baxışçdan yeni model Jeep Grand Cherokee modelinin kiçildilmiş variantını xatırladır. Bu yaxşı haldır, çünki cari model o qədər də cazibədar görkəmə malik deyildi. Yeni Jeep Compass modeli amerikan istehsalçısının model cərgəsində Cherokee və Renegade modellərinin arasında yer alacaqdır. Çox təəssüf ki, istehsalçı avtomobil haqqında ətraflı məlumat verməkdən imtina etmişdir. Amerikalılar yeni ofroderin “Jeep tərəfindən indiyə qədər istehsal edilmiş avtomobillərin arasında ən bacarıqlı ofroder olduğunu” bildirmişdirlər.

 Əlavə olaraq, onlar avtomobilin 100 yaxın ölkədə satılacağını və 17 müxtəlif qənaətcil mühərriklərlə təklif ediləcəyini söyləmişdirlər. Şimali Amerikada yeni Jeep Compass modelinin satışlarına gələn ilin birinci rübündə başlanacaqdır.

Ehtimallara görə, yeni ofroderin mühərrik çeşidinə doqquz pilləli “avtomatla” təchiz edilən 2,4-litrlik dörd silindirli Tigershark mühərriki daxil olacaqdır. Bundan əlavə, mühərrik qammasına yeni 2,0-litrlik turbomühərrikin də daxil ediləcəyi söylənilir. İlkin olaraq, yeni ofroderi Detroyt avtosalonunda təqdim etmək nəzərdə tutlsa da, sonradan şirkət rəhbərliyi planlarında dəyişiklik etmişdir. Dəyişikliyin əsas səbəbi avtomobilin istehsal ediləcəyi Braziliyadakı zavodun tam hazır olmamasında idi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt