Cadillac yeni ofroder buraxmağı planlaşdırır

Amerikalı premium avtomobillər istehsalçısı olan Cadillac şirkəti yeni bayraqdar ofroderi olacaq XT7 modelini buraxmağı planlaşdırır. Bu barədə xarici kütləvi informasiya vasitələrinə şirkət rəbhərliyinin daxilindəki mənbə bildirmişdir.

Şimaliamerikan nəşrlərinin qeyd etdiyi kimi, General Motors konserninin premium markası sayılan Cadillac Mercedes-Benz S-Class ilə rəqabət aparacaq bayraqdar sedanı buraxmaq fikrindən daşınmışdır. Bunun əvəzinə, amerikan istehsalçısı ofroder və krossoverlərin xəttini genişləndirməyi planlaşdırır. Beləliklə, yaxın illərdə istehsalçının bayraqdar ofroderi olacaq Cadillac XT7 modelinin təqdimatının şahidi olacağıq. Ehtimallara görə, Cadillac XT7 modeli XT5 krossoveri və Escalade ofroderi arasındakı yerdə qərarlaşacaqdır. 

Əgər şaiyələr doğrudursa, o zaman yeni avtomobil Mercedes-Benz GLS-Class, Audi Q7, LR Range Rover və gələcək BMW X7 modelləri ilə rəqabət aparacaqdır. Lakin, XT7 modelinin tezliklə peyda olacağını gözləmək lazım deyil, Çox güman ki, yeni ofroder 2019 - 2020-ci illərdə işıq üzü görəcəkdir. Yeni avtomobil Chevrolet Traverse modelinin yeni nəslinin təkmilləşdirilmiş platformasında yığılacaqdır. Tamölçülü ofroder tam çəkiş sistemini və yeddi yerli salonu əldə edəcəkdir. Qeyd etmək lazımdır ki, general Motors rəsmiləri hələlik bu şaiyələr barədə heç bir şərh verməmişdirlər.

Cadillac XT5

ДРУГИЕ СТАТЬИ