Formula 1 üzrə ikiqat dünya çempionu və nüfuzlu amerikan “Indy 500” yarışının qalibi olan Emerson Fittipaldi yeni avtomobil brendini - Fittipaldi Motors şirkətini təsis etmişdir. Bu markanın ilk konseptual avtomobili mart ayında İsveçrədə keçiriləcək 87-ci Cenevrə avtosalonunda nümayiş etdriləcəkdir.
Yeni konsept Fittipaldi EF7 Vision Gran Turismo adlanır. Prototipin dizaynı üzərində məşhur italyan dizayn atelyesi Pininfarina işləyəcəkdir.
Konseptin texniki hissəsinə isə HWA mühəndis firması cavabdeh olacaqdır. DTM çempionatını izləyənlər bu firmanın kuzov çempionatında Mercedes-AMG komandasının tərəfdaşı olduğunu bilirlər.Hazırda konseptin yalnız tizeri dərc edilmişdir.
Adından da göründüyü kimi, konseptin virtual variantının PlayStation üçün nəzərdə tutulmuş Gran Turismo oyununda da peyda olacaqdır.